Yeni İl bayramı ərəfəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksi müşahidə olunan sərnişin sıxlığını nəzərə alaraq artıq neçə vaxtdır gücləndirilmiş iş rejimində çalışır.
Bunu APA-ya avtovağzalda fəaliyyət göstərən "M-Trans" nəqliyyat şirkətinin iqtisadiyyat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətləb Abidi bildirib.
Onun sözlərinə görə, bayram günlərində ölkədə şəhərlərarası marşrutlarda sərnişindaşımada intensivliyin artması müşahidə olunarsa, əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılan avtobusların sayı artırılacaq. Bununla əlaqədar avtobuslar artıq hazır vəziyyətə gətirilib. M.Abidi həmçinin vətəndaşlara müraciət edərək, biletləri 10 gün öncədən almağa və ya "onlayn" rejimdə İnternet üzərindən sifariş verməyə çağırıb.
Şəhərlərarası avtobus reyslərində son günlər müşahidə olunan syni qiymət artımına gəlincə isə M. Abidi qeyd edib ki, biletlərin satış qiymətlərinə heç bir rəsmi dəyişiklik edilməyib: "Qiymətlərin artması ancaq Tarif Şurasının qərarı əsasında baş verə bilər. Bununla bağlı kompleksdə 11 nəfərdən ibarət Qiymət intizamına nəzarət Komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz şəkildə artırılması halları ilə qarşılaşdıqları təqdirdə bu komissiyaya müraciət edə bilərlər".
Qeyd edək ki, adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən təxminən 7 min sərnişin respublikanın müxtəlif şəhər və rayonlarına yola düşür. Adətən, bayram günlərində bu rəqəm 10 mini ötür. Həmçinin, adi günlərdə xəttə 300-350 avtobus buraxılırsa, bayram günlərində nəqliyyatın sayı təxminən 600-ü ötür.
Bununla yanaşı "Azərbaycan Dəmir Yolları" QSC də bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Müəssisə ehtiyac yaranacağı təqdirdə sərnişin qatarlarına əlavə vaqonların qoşulmasını təmin edəcəyini bildirir.
Biletlərin süni qiymət artımına dair isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "APA-Economics"ə bildirib ki, Tarif Şurasının müvafiq əmri olmadan sərnişindaşıma tariflərində istənilən dəyişiklik qanunsuzdur.
Milli.Az
İqtisadiyyat
Bakı Avtovağzalında qiymətlərə onlar nəzarət edəcəklər
23 Dekabr 2013 15:03
0 Şərh
Baxış: 792
DİGƏR XƏBƏRLƏR
- Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
- “Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
- Əmisinin meyitini əlil arabasında banka apardı - Səbəb təəccüb doğurur - VİDEO
- “Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay
- Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb
XƏBƏR LENTİ
- Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?
- Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
- Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı
- "Real" bu türk futbolçunu alır: qiyməti hər kəsi şoka saldı - FOTO
- Qapıçılarla bağlı qaydalar dəyişir
- CHP sədri Özgür Özəl AŞPA-da Azərbaycana dəstəyini ifadə edib
- KİV: İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıb
- Hollivud ulduzu Putini vuracağını AÇIQLADI
- Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
- Hakan Fidan: “Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik”
- Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü - FOTO
- Gürcüstanda etirazçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar - FOTOlar
- Qələbə “Gəncə”nin, final "Azərreyl"in
- Stoltenberq Zelenski ilə Ukraynanın təcili ehtiyaclarını müzakirə edib
- Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
- Amerika şirkəti Qəddafinin malikanəsini müsadirə etdi
- Azərbaycan çempionatı 4 gün davam edəcək
- "Ailəmdən vacib heç nə yoxdur"
- Aprel görüşünün gizlinləri: ABŞ Ermənistanı niyə silahlandırır? - VİDEO
- Cem Yılmaz Serenayla bağlı çıxan xəbərlərə CAVAB VERDİ - FOTO
- Ukrayna çətin vəziyyətdədir, daha çox dəstəyə ehtiyac var
- Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
- Kobaxidze prezidenti xarici agent adlandırdı
- Qırğızıstan “TikTok”u qadağan edə bilər