Cəmiyyət

Bakıda "halal" kolbasa sexində haram əməllər

18 Dekabr 2013 17:08
6 Şərh     Baxış: 2 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda kolbasa istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna məxsus istehsalat sahəsində (Bakı şəhəri, Xətai rayonu, Əhmədli prospekti, 2245-ci məhəllə) aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan, habelə digər təsərrüfat subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə kolbasa və sosislərin istehsal olunduğu müəyyən edilmişdi.

Həmçinin yoxlama zamanı müəssisədə "Ocaq" və "İveriya" adlı "halal" sosislərin tərkibində donuz piyi olan məhsulların istehsalında istifadə edilmiş avadanlıqlarda istehsal olunduğu müəyyən edilmişdi.

Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs M.Tahirov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb və Dövlət Xidmətində işə baxılaraq "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə M.Tahirova 8,1 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.