Cəmiyyət

Paytaxtın mərkəzi məktəbində təhlükəli anlar - FOTO

24 Oktyabr 2013 01:30
0 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı şəhərinin mərkəzində yerləşən təhsil ocağında oxuyan şagirdlər təhlükə ilə üzləşir. Səbail rayonu ərazisində yerləşən 132, 134 saylı təhsil kompleksində şagirdlərin təhlükəsizliyi üçün müəyyən işlər görülsə də, bu yetərli deyil.

Məktəbin Şeyx Şamil küçəsinə olan əsas qapısı açıqdır və məktəbə əsas giriş ordandır. İstiqlaliyyət küçəsindəki giriş isə bağlıdır. Valideynlər isə məktəblilər dərsdən çıxan zaman uşaqlarını təhlükəyə atmaqdan çəkinmir. Maşını vaxt itirməmək üçün İstiqlaliyyət küçəsində saxlayaraq, uşaqları hasarın üzərindən aşıraraq təhlükəyə atırlar.

Məsələ ilə bağlı təhsil kompleksinin direktoru Sara Xanlarova Milli.Az-a açıqlamasında bildirdi ki, məktəbin İstiqlaliyyət küçəsinə olan girişi adətən bağlı olur.

Direktorun sözlərinə görə, mərkəzi küçədə problem yaratmamaq üçün, əsasən, Şeyx Şamil küçəsindəki qapıdan istifadə olunur.

S.Xanlarova uşaqların həmin hasardan aşaraq yola düşməsindən xəbərsiz olduğunu dedi: "Kameralara baxıb mütləq araşdıracam. Belə hallar şagirdlərin təhlükəyə atılmasından xəbər verir. Mütləq qarşısını almaq üçün tədbir görüləcək".

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.