Cəmiyyət

Bakının rayonunda gərginlik "oynayır"

8 Avqust 2013 14:56
0 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Sabunçu rayonunda elektroenerji təminatı ilə bağlı problemlər yaranıb.

Bakıxanov qəsəbəsinin sakinləri Milli.Az-a bildiriblər ki, Yavər Əliyev küçəsindəki yaşayış binalarının bir neçəsində elektroenerjinin qəflətən güclənməsi nəticəsində mənzillərdəki elektrik-məişət avadanlıqlarının bir çoxu sıradan çıxıb.
 

Sabunçu rayonunun bəzi səmtlərində işıqlar sönüb, bəzi səmtlərdə isə, tam əksinə, gərginlik çox artıb.
 

"Bakıelektrikşəbəkə" ASC-dən verilən məlumata görə, yüksəkgərginlik ötürmə xəttində yaranmış problemin həlli üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.