Cəmiyyət

Yeni dünyaya gəlmiş uşağa görə süd pulu haradan alınmalıdır?

29 İyul 2013 01:00
10 Şərh     Baxış: 60 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əgər qadın yaşadığı rayonda qeydiyyatda deyilsə, dünyaya gətirdiyi övlada görə süd pulunu haradan almalıdır? Salyan rayonunda yaşayan Əhəd adlı oxucu Milli.Az-ın redaksiyasına göndərdiyi məktubda bu məsələyə toxunub.

"Mən Salyan rayonunda, yoldaşım isə Qaradağ rayonunda qeydiyyatdayıq. Bir uşağımız dünyaya gəlib. Bizə deyirlər ki, süd pulunu Qaradağ rayonundan almalısınız. Bunu Salyandan almaq mumkun deyilmi?" - oxucunun məktubunda qeyd olunub.

Məsələyə aydınlıq gətirmək üçün Milli.Az-ın əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədovla əlaqə saxlayıb. Nazirlik rəsmisi qeyd edib ki, vətəndaş süd pulunu qeydiyyatda olduğu yerdən alır, lakin bunun başqa üsulu da var.

"Əgər vətəndaş süd pulunu Qaradağ rayonundan yox, Salyan rayonundan almaq istəyirsə, Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon nümayəndəliyindən sosial sığortaya cəlb edilməməsi ilə bağlı arayış almalıdır. Bundan əlavə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon sosial müdafiə mərkəzindən heç bir müavinət almamasını təsdiq edən arayış almalıdır. Bu sənədləri Salyan sosial müdafiə mərkəzinə təqdim etdikdən sonra vətəndaş süd pulunu Salyan rayonundan ala bilər", - o əlavə edib.

İ.Məmmədov onu da qeyd edib ki, əgər vətəndaşlardan biri işləyirsə, vətəndaş pulu Dövlət Sosial Müdafiə Fondundan alır. Əgər heç bir valideyin işləmirsə, o zaman süd pulunu Dövlət Sosial Müdafiə Mərkəzindən alır.

Teymur Hacıyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.