Komissiyadan Trend-ə verilən məlumata görə, qəbul imtahanları bütün ixtisas qrupları üzrə ölkənin 11 bölgəsində olacaq. İmtahanlar Bakıda (Bakı, Abşeron, Şamaxı, Qobustan, Neftçala, Salyan və Biləsuvar abituriyentləri üçün), Sumqayıt (Sumqayıt, Xızı, Şabran və Siyəzən abituriyentləri üçün), Gəncə (Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan və Goranboy abituriyentləri üçün), Şəki (Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz və Şəki abituriyentləri üçün), Lənkəran (Astara, Yardımlı, Lerik, Lənkəran, Masallı və Cəlilabad abituriyenmtləri üçün), Quba (Quba, Qusar və Xaçmaz abituriyentləri üçün), Ağcabədi (Ağcabədi, Xocavənd, Ağdam, Zərdab, Füzuli və Beyləqan abituriyentləri üçün), Şirvan (Şirvan, Saatlı, Sabirabad, Hacıqabul və İmişli abituriyentləri üçün), Göyçay (Göyçay, Ağdaş, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu abituriyentləri üçün), Naxçıvan (Naxçıvan, Sədərək, Şərur, Şahbuz, Babək, Culfa, Kəngərli və Ordubad abituriyentləri üçün), Mingəçevir (Mingəçevir, Tərtər, Yevlax və Bərdə abituriyentləri üçün) keçiriləcək.
Ali təhsil müəssisələrinə qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 14-də,
I ixtisas qrupu üzrə iyulun 21-də, IV ixtisas qrupu üzrə iyulun 28-də, II ixtisas qrupu üzrə avqustun 3-də olacaq.
Ümumi təhsil müəssisələrinin cari il məzunları qəbul imtahanını bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər.
Digər abituriyentlər isə qəbul imtahanını elektron ərizələrində qeyd etdikləri faktiki yaşayış yerinin - şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər.
İşğal altında olan rayonların cari il məzunları qəbul imtahanını bitirdikləri məktəblərin yerləşdiyi əraziyə uyğun olan imtahan mərkəzində, əvvəlki illərin məzunları isə yaşadıqları və ya qeydiyyatda olduqları əraziyə uyğun olan imtahan mərkəzində verəcəklər.
Abituriyent qəbul imtahanına bir neçə gün qalmış TQDK-nın internet səhifəsindən "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidir. "İmtahana buraxılış vərəqəsi"ndə imtahan mərkəzi, imtahan binası, zal, yer, imtahanın tarixi və başlanma vaxtı haqqında məlumatlar göstərilib.
Milli.Az
Cəmiyyət
TQDK qəbul imtahanlarının keçiriləcəyi bölgələrin sayını artırıb
11 İyul 2013 10:59
Baxış: 362
DİGƏR XƏBƏRLƏR
- Tanınmış psixoloq yeni işə başladı - VİDEO
- Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
- Yunus Oğuzun “Cığır”ının əsas məziyyətləri
- Yunus Oğuz bu əsəri ilə Şuşa qürurunu yenidən yaşadır - Etibar Babayev
- Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO
- İtkin düşən qızın meyiti tapıldı - Cinayəti törədənin kimliyi dəhşətə gətirir - FOTO
XƏBƏR LENTİ
- Krım körpüsü bağlandı
- Bakıda taksi qiymətləri BAHALAŞIB - SƏBƏBLƏR
- "Mənə sədaqətdən, vəfadan danışmayın..." - FOTOlar
- Qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
- İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir
- İsveç səfiri Avroviziya təmsilçilərimizlə görüşdü - VİDEO
- Bayden Ukraynaya yardım haqqında qanunlar paketini imzaladı
- Bir il əvvəl yoxa çıxan modelin meyiti tapıldı - FOTO
- Sabiq pediatrın ölümü ilə bağlı RƏSMİ CAVAB: “Rəhbər təyinatı olmayıb” - YENİLƏNİB
- Bu il qəbul imtahanlarında gərgin rəqabət olacaq - VİDEO
- Azərbaycanda yeni kollec yaradıldı
- Jiru onlarla razılığa gəldi
- Şəkil sevdası faciəyə səbəb oldu - vulkana düşdü - FOTO
- "Mənim kimi qadınlar ancaq bu kişilərlə birlikdə olur"
- İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
- “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
- Qəzzada ürəkdağlayan görüntülər - VİDEO
- Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- Zülfiyyə Bayramova xəstəliyindən danışdı:"Problem yarada bilər"
- Final öncəsi “11”lər - TƏHLİL
- Fransa təyyarəsi Bakıya təcili eniş etdi - Sərnişinlər təxliyə olundu - FOTO
- Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO
- Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət edib
- "Rinq qızı"nı təpikləyən iranlı döyüşçüyə ömürlük cəza verildi