Cəmiyyət

Bu günün hava proqnozu

14 May 2013 00:05
0 Şərh     Baxış: 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Temperatur gecə 12-17°, gündüz 20-25° isti olacaq.
Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunundan 751 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 90-95 faiz, gündüz 70-75 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 8-13°, gündüz 22-27° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gündüz hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 8-13°, gündüz 18-23° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 21-26° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 13-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 10-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim dəyişikliyi, eyni zamanda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.