Cəmiyyət

İstirahət günü Bakıda hava necə olacaq?

23 Fevral 2013 12:43
0 Şərh     Baxış: 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-4, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 24-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.