Cəmiyyət

Bakılı abonentlərin bağlamaları hara itir?

5 Fevral 2013 11:20
0 Şərh     Baxış: 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, məktubda belə deyilir:

"Mən sizin köməyinizlə Badamdar qəsəbəsində yerləşən poçt xidmətinə (AZ1021) müraciət etmək istəyirəm. Mən bəzi malları xaricdə yerləşən İnternet alış-veriş saytından alıram. Bir dəfə mənim bağlamamı geri göndəriblər və qeyd ediblər ki, bağlamanın üzərində ünvanım qeyd olunmayıb. Baxmayaraq ki, mən həmişə poçta gedirəm və adıma bağlama olub-olmamasını soruşuram. Bu dəfə mən 16,44 ABŞ dolları ödədim. Mal zərfin içinə qoyulmuşdu. Poçtalyonun iddiasına görə, o, zərfi qapının arasına qoyub".

Oxucunun sözlərinə görə, o bilmir ki, onun məktubu hara itib və poçtların qəbul olunması üçün daha etibarlı vasitə axtarışındadır.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sektor müdiri Novruz Məmmədovla əlaqə saxlayıb.

"Abonentlərin İnternet alış-veriş saytından mal alması və həmin malların ünvana çatmaması faktı mənə məlumdur. Məsələ burasındadır ki, abonentlər poçt ünvanını düzgün göstərmirlər. Təəssüflər olsun ki, vətəndaşların çox hissəsi onların mənzillərinə xidmət göstərən poçt xidmətinin ünvanını və indeksini bilmirlər. Bundan əlavə, onu da demək istəyirəm ki, "Azərpoçt"da elektron ünvanların yaradılması üzrə işlər başa çatmaq üzrədir. Bu xidmət vasitəsi ilə vətəndaşlar onların evlərinə xidmət göstərən poçt xidmətini asanlıqla tapa biləcəklər. Bu sistem martın 1-dən işə düşəcək", - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.