Cəmiyyət

Terrorçular otelə basqın etdilər

27 Mart 2015 19:44
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Əş-Şabab" terrorçu qruplaşmasının üzvləri Somali paytaxtı Moqadişoda yerləşən otelə basqın ediblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli polisin yaydığı xəbərdə deyilir.

Bildirilir ki, həmin oteldə Somali hökumətinin nümayəndələri var.

Terrorçular hazırda otelin daxilində və binanın damındadırlar. Onların hansısa tələb irəli sürüb-sürmədiyi barədə məlumat verilmir. Otelin yerləşdiyi ərazidə partlayış səsləri eşidilib.

Qeyd edək ki, "Əş-Şabab" radikal islamçıların yer aldığı qruplaşmadır. Qruplaşmanın "Əl-Qaidə" beynəlxalq terrorçu təşkilatı ilə sıx əlaqələri var. "Əş-Şabab" yerli hökumətə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.