Cəmiyyət

Şəki-Qax-Zaqatala və Balakən rayonlarına təbii qazın verilişi bərpa edilib

21 Noyabr 2012 10:50
Baxış: 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəki-Qax-Zaqatala və Balakən rayonlarına təbii qazın verilişi bərpa edilib. Qaz nəqlinin dayandırılmasına səbəb köhnə qaz borularının yeni xətlərlə əvəz olunması və istismara hazır vəziyyətə gətirilməsi olub. Təmir işləri Qax rayonu ərazisində aparılıb. Yəmir işləri zamanı Kran-plaşadka deyilən ərazidə, istismara hazırlanan yeni xətlərin üzərinə kran, baypas xətti və 2 sivi şamlar quraşdırılıb. Yeni Şamlar
həm Şəki ərazisində, həm də Qax ərazisində yeni xətlərin üzərinə quraşdırılıb.

Mütəxəssislər kran xəttinin xarab olması və yaxud da hər hansısa bir hadisənin baş verməsi ehtimalını əvvəlcədən nəzərə alaraq, xətt üzərinə baypas xəttini quraşdırıblar. İş prosesi zamanı da yanğın təhlükəsizliyinə qarşı tədbirlər görülüb. Qeyd edək ki, köhnə xətlər istismardan çıxarılaraq yeni, diametri 325 mm-lik izolyasiya olunmuş yeni borularla əvəz olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.