Cəmiyyət

Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var

15 Noyabr 2012 20:59
Baxış: 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Azərbaycanda buna heç bir əsas olmadığını bildirən Kənd Təsərrüfatı Nazirliyi ölkədə kifayət qədər taxıl ehtiyatı olduğunu əsas gətirir.

Ekspertlər bildirir ki, ABŞ və Rusiyadakı quraqlıq, dünya bazarlarında taxılın qiymətinin qalxması və s. həyəcanlı faktlarla əlaqədar qida böhranı növbəti beş ildə özünü daha qabarıq şəkildə büruzə verəcək.

Qeyd edək ki, bu ilin əvvəlindən ərzaq qiymətlərinin bahalaşması Mərkəzi və Qərbi Afrikada artıq ərzaq böhranına səbəb olub və 18 mln. əhaliyə təsir edib. Hazırda insanların qidasında əsas məhsul olan taxılın məhsuldarlığı azaldığından təşviş artır. Bu prosesin Azərbaycana təsir edib-etməməsi ilə əlaqəli olaraq Kənd Təsərrüfat Nazirliyi ilə əlaqə saxladıq. Məsələyə münasibət bildirən nazirliyin şöbə müdiri Sabir Vəliyev Azərbaycanda kifayət qədər taxıl bolluğunun olduğunu bildirib.

"Artıq 2 mln 800 min 377 ton dənli taxıl bitkiləri istehsal etmişik ki, onun 1 mln 844 min 697 tonu buğdadır. Bunun təxminən 1 mln 500.000 tonu çörəkbişirmə sənayesinə gedir. Xaricdən də təxminən 1 milyon tondan artıq taxıl idxal etmişik. Ötən ildən bu yana taxıl çoxdur. Yəni yanvar ayının 1-dək 1 milyon 16 min tondan çox ehtiyat taxılımız var bizim. Ona görə də gələn il taxıl biçininədək kifayət edəcək. Hər ay biz 135 min ton taxıl istifadə edirik. Ona görə də bizim hesabatla gələn ilə tam ehtiyatımız var. Biçinə qədər ehtiyatımız var. Biçində də ötən ildə çox taxıl ehtiyatı gözləyirik. Heç bir problem yoxdur.
Narahatçılığa əsas yoxdur. Ölkədə kifayət qədər taxıl olacaqdır".

Sabir Vəliyev ölkəyə idxal olunan məhsullar barədə də məlumat verib.
Onun sözlərinə görə yeganə idxal məhsulu olan taxıl, əsasən, Qazaxıstandan gətirilir. Rusiyadan isə nə ötən il, nə də bu il taxıl alınmayıb. Kənd Təsərrüfat Nazirliyinin şöbə müdiri ayrı-ayrı firmaların müqavilə əsasında taxıl gətirməyinə nazirliyin müdaxilə etmədiyini deyib. Bununla yanaşı, ölkəyə gətirilən buğda və meslin, buğda unu və ya buğda-çovdar ununun əlavə dəyər vergisindən azad olunduğunu diqqətə çatdırıb:

"Xüsusilə bitkiçilik məhsulları içərisində çatışmayan yalnız taxıldır. Qalanları Azərbaycanın tələbatından 1.8 dəfə artıqdır. Bunlar kartof, tərəvəz, bostan, meyvədir. Gələcəkdə biz nəzərdə tutmuşuq ki, iri taxılçılıq təsərrüfatları yaradılacaq. Torpaqların şoranlaşmasının qarsışını aldıqdan sonra, məhsuldarlıq 38-40 sentnerə çatdıqdan sonra taxılı da xaricə idxal edəcəyik".

Yeri gəlmişkən bildirək ki, Azərbaycanda yaradılan iri özəl taxılçılıq təsərrüfatlarının ərazilərində əkinə başlanılıb. "Trend"-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar qış otlaq sahələrində özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Bununla əlaqədar, torpaqların təyinatı dəyişdirilib, dövlət investisiyaları hesabına su və enerji təminatı yaradılıb, kompleks melorativ tədbirlər görülüb, hazırda ərazidə müasir suvarma sistemləri qurulur və əkinə başlanılıb. Nazir bildirib ki, layihə çərçivəsində 30 min tonluq müasir taxıl anbarı, min başlıq müasir heyvandarlıq kompleksi, müasir bitki yağları istehsalı zavodu inşa olunacaq və müasir aqroservis yaradılacaq. Təsərrüfatda 350-400 nəfər daimi işlə təmin olunmaqla yanaşı, müasir texnologiyaların tətbiqi nəticəsində məhsuldarlığın respublika üzrə orta göstəricidən minimum 2 dəfə artıq olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.