Cəmiyyət

Bu qış necə olacaq?

1 Noyabr 2012 15:45
Baxış: 1 288
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bu il üçün hazırlıqlı olmağı tövsiyə edirlər. Ötən il olduğu kimi, bu il də qışın soyuq keçəcəyi gözlənilir. Mütəxəssislərin fikrincə, Azərbaycanda soyuq hava şəraiti uzun müddət davam edəcək.

Telman Zeynalov, ekoloq: "Havanın temperaturu haradasa 8-10 dərəcə aşağı olacaq. Həm də belə hava şəraiti uzunmüddətli olacaq. Bu mənə ötən əsrin 50-ci illərini xatırladır. Yağan qar may ayında əridi".

Telman Zeynalov təbiətin özünü necə aparacağından asılı olaraq, proqnozların dəyişə biləcəyini də deyir. Belə ki, havanın dəyişməsi isti və soyuq cərəyanlardan, eləcə də təzyiqin aşağı və ya yuxarı olmasından asılıdır.

Noyabrın ilk 3 gününün proqnozuna gəlincə...

Asif Verdiyev, Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu: "Bölgələrdə ilk 3 gün ərzində bəzi yerlərdə axşam və səhər saatlarında duman gözlənilir. Şimal rayonlarında şimşək çaxacaq. Ayın 2-də hava leysan xarakterli olacaq. Ayın 3-də səhər Qərb rayonlarında yağıntıların tədricən kəsəcəyi gözlənilir".

Xatırladaq ki, ötən ilin noyabrında orta aylıq temperatur iqlim normasından 4,8 dərəcə aşağı olub.  Əvvəlki illərə nəzər saldıqda isə ən soyuq noyabr ayı 1993-cü ildə müşahidə olunub.

Milli.Az

Şərhlər: