Azərbaycan dilinin sözlərinin yazılışında əsas mənbə hesab edilən orfoqrafiya lüğəti yenidən hazırlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli cümə axşamı Trend-ə bildirib ki, yeni orfoqrafiya lüğəti əvvəlkindən çox fərqlənəcək. Orada rus dilindən alınma və sonu rus dilində olduğu kimi, "a" ilə bitən bır sıra sözlərdə "a" hərfi götürüləcək. Məsələn, "metafora" sözü metafor, "marfema" sözü marfem kimi yazılacaq.
Yeni lüğətə görə, artıq kompüter sözü bir çoxlarının yazdığı və əvvəlki lüğətdə göstərildiyi kimi, "kompyuter" kimi deyil, "kompüter" kimi yazılmalıdır.
"Şeir" sözü "i" ilə yazılırdı, amma "feil" sözündə isə "i" saiti yazılmırdı. İndi "feil" sözündə "i" saiti də yazılacaq", - Veysəlli əlavə edib.
O, əvvəlki lüğətdə mürəkkəb söz kimi verilən bəzi birləşmələrin də yeni orfoqrafiya lüğətində öz əksini tapmayacağını açıqlayıb.
Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədov isə cümə axşamı Trend-ə deyib ki, yeni lüğətə "diskresiya", "toparlamaq", "transsərhəd", "aksesuar", "ağır-cəngi", "kimlik" (şəxsiyyət vəsiqəsi kimi), super-yaxta, super-market, ober-şturmbannfürer, ober-ştrumfürer, ober-leytenant, ober-zabit və s. daxil ediləcək. Cism sözü cisim kimi yazılacaq. Vitse, super, ober, anti, eks sözlərindən sonra isə defis işarəsi qoyulacaq.
Məmmədov bildirib ki, yeni lüğət artıq çap olunmaq üçün "Şərq-Qərb" nəşriyyatına təqdim edilib. Onun yaxın aylarda işıq üzü görəcəyi gözlənilir.
Qeyd edək ki, bu yaxınlarda yayılan məlumatlarda Dilçilik İnstitutu tərəfindən hazırlanmış yeni orfoqrafiya lüğətinin Prezident Administrasiyası tərəfindən narazılıqla qarşılandığı bildirilmişdi.
İnstitutun direktor əvəzi Fəxrəddin Veysəlli isə həmin lüğətin onun rəhbərlik etdiyi quruma aid olmadığını və hazırladıqları lüğətin bu günlərdə çap üçün nəşriyyata təqdim edildiyini bildirib.
Milli.Az
Cəmiyyət
Bəzi sözlərimiz başqa cür yazılacaq: lüğətdə dəyişiklik var
27 Sentyabr 2012 10:28
2 Şərh
Baxış: 4 527
DİGƏR XƏBƏRLƏR
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
XƏBƏR LENTİ
- “Azparking” işçisini təhqir edən sürücü həbs edildi
- “Bu, Bakıda üçüncü çıxışımdır, arena çox gözəldir” - MÜSAHİBƏ
- XİN: Ermənistan 4 kəndinin geri qaytaracaq
- Dostu Mehini aldadıb pulunu aldı
- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş
- “Apple” Çində bu proqramları “App Store”dan sildi
- "Atamın ağladığını görəndə..." - VİDEO
- İki ölkə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək
- Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq
- Dövlət qurumlarını aldadan iş adamına 11 il həbs - 10 milyonluq əmlakı alındı
- Bu bürclərə qarşı əsla səhv etməyin! – Adamı peşman edirlər...
- Kəndlər qaytarılır - RƏSMİ
- “Uşaqlarım ikinci əl paltarlarla böyüdülər” - FOTO
- Ceyhun Sultanov: “Rəşad Sadıqov getsə, daha yaxşı olar”
- Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb
- Parisdə naməlum şəxs İran konsulluğunu partladacağı ilə hədələyib
- İranda 11 yaşlı qız satıcı qadını öldürdü - Qəribə səbəb
- “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edildi
- Xınalığa dolu düşdü
- “Ombudsman haqqında” Konstitusiya Qanununda dəyişiklik edildi
- “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib
- Gənc oğlanın üzərinə benzin tökərək yandırdığı qadının son durumu AÇIQLANDI - YENİLƏNİB
- Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşdi
- “Efirlərə çıxıb özlərinə kişi axtarırlar”