Təhsil

"İslami" layihələrlə bağlı saziş imzalanacaq

25 Mart 2015 16:56
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Layihə Dövriyyəsinin İdarə edilməsi sistemi çərçivəsində 2-ci layihə çağırışına əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Ümumi Mədəni İrs Şəhərlərinin Təbliği" layihəsi qalib gəlib və Komitənin təqdim etdiyi qranta layiq görülüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, 30-31 mart 2015-ci il tarixində Türkiyənin Ankara şəhərində qalib gəlmiş layihələr üzrə məsul şəxslərin iştirakı ilə keçiriləcək Saziş İmzalama Mərasimi və layihələrin əlaqələndirici şəxsləri və koordinatorları üçün 2 günlük təlim proqramında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Məleykə Hüseynova və "Ümumi Mədəni İrs Şəhərlərinin Təbliği" layihəsinin koordinatoru Gülnar Zeynalova iştirak edəcək.

İmza mərasimində Layihə sahibləri ilə Türkiyənin İnkişaf Bankı arasında Fəaliyyət və Maliyyə Sazişi imzalanacaq. Təlim proqramında isə layihələr üzrə əlaqələndirici şəxslər və koordinatorlar üçün layihələrin idarə edilməsi, monitorinq və hesabat prosesləri barədə məlumatların verilməsi və praktiki məşğələlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə daha əvvəl Komitənin maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilmiş "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsinin nəticəsi olaraq yaradılmış və 4 ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan) ortaq tarixi irsə malik bölgələri birləşdirən beynəlxalq arxeoloji turizm marşrutunun, həmçinin bu bölgələrin mədəni-tarixi irsinin və turizm potensialının təbliğini nəzərdə tutur.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.