Cəmiyyət

Bakıda toy etmək neçəyə başa gəlir?

29 İyun 2012 12:41
0 Şərh     Baxış: 4 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Day.Az saytı bu cür mərasimlərin neçəyə gəldiyini araşdırıb.

Bakıda şadlıq evlərinin sayı çoxdur. Oradakı qiymətlər də fərqlidir. Şadlıq evlərində bir masanın qiyməti 30 manatdan başlayır, 150 manata qədər dəyişir. Toya 200 nəfər qonaq çağıracaqsınızsa, bu zaman 6000 manatdan 30 min manata qədər pul xərcləyə bilərsiniz.

Bu pula zalın icarəyə verilməsi, menyu, musiqiçilər və videoçəkiliş daxildir.

Şadlıq evindən əlavə, bəy və gəlinin geyimlərinə də pul xərcləmək lazımdır. Gəlinlik paltarının kirayəsi 150 manatdan başlayır, 2000-3000 manata qədər dəyişir.

Gəlinin gözəllik salonunda bəzənməsi 120-600 manat arası dəyişir.
Bəyin işi bir az asandır. Çünki burada qiymətlər bir az ucuzdur. Bəylik kostyumlarının qiyməti 150 manatdan 1500 manata qədərdir. Bəyin saçının düzəldilməsi 10-50 manat arasıdır. 300-350 manata bəy toy mərasiminə tam hazır ola bilər.

Toy üçün avtomobil kirayə olunması da xeyli xərc tələb edir. Toy üçün avtomobillərin kirayə qiymətləri 100-2000 manat arasıdır.

Avtomobilin toy mərasimi üçün hazırlanması isə 50 manatdan 2000 manata qədərdir.

Toy buketin hazırlanmasına 50 manata qədər vəsait tələb olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.