Şou-biznes

Zorik coşdu: "Sən əxlaqsızın birisən!"

30 Noyabr 2011 16:59
0 Şərh     Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Anspress-ə müsahibə verən klipmeykerin qəzəbi yerə-göyə sığmır: "Son günlər müxtəlif internet saytlarına yenicə döndüyüm "Tbilisi Fashion Week"də (Tbilisi Moda Həftəsi) də iştirakımla bağlı müsahibələr vermişəm. İnterneti açıb müsahibələrimi nəzərdən keçirdikdə, müsahibəmin altında yazılan şərhləri oxuyub dəhşətə gəldim. Əsəbimdən partlayıram. Bu nədir axı? Ağıllarına gələni yazırlar, bu qədər də tərbiyəsizlik olar?".

Zorik bu şərhləri yazanın kim olduğunu bildiyini söyləyir: "O şərhləri yazanların, daha doğrusu yazanın kim olduğunu bilirəm. Həmişə özünü qlamur, səviyyəli sənətçi kimi təqdim edən bir qadın müğənni var, bu, onun işidir. Əvvəllər də təxmin edirdim ki, odur. Bu insan müxtəlif niklərlə qeydiyyatdan keçib bizim haqqımızda şərhlər yazır. Yanında işləyənlərdən biri mənə demişdi onun şou-biznes adamlarının müsahibələrinə pis sözlərlə şərh yazdığını. Ən çox da Natavan Həbibi, Röya və mənim müsahibələrimi izləyir və xoşagəlməz, təhqiramiz ifadələrlə dolu şərhlər yazır".

Klipmeyker özünün apardığı araşdırmaları ilə də bu qənaətə gəldiyini deyir: "Demək olar ki, 3 gündür yatmıram. Bütün müsahibələri nəzərdən keçirirəm. Bu şərhləri yalnız 3-4 nik (virtual ad) yazır. Hələlik adını çəkmək istəmədiyim o müğənninin müsahibəsinin altında isə bu userlərin heç birinin adı yoxdur. Populyar userlər xeyir ola onun haqqında yazmırlar? Halbuki, onun haqqında nə qədər desən yazmaq olar. Buna onun şəxsi həyatı imkan verir. Məntiqlə düşünəndə bu qənaətə gəlirsən ki, bu odur".

Zorik yaxın 10 gün içində sözügedən müğənninin adını açıqlayacağına söz verib. O, hələ ki, sərbəst şəkildə öz araşdırmalarını davam etdirdiyini qeyd edib. "Bir neçə ipucu tapmışam ki, hamısı bir başa mənim düşündüyüm müğənniyə aparır çıxarır. Nə polisə müraciət edəcəm, nə də məhkəməyə. Bu işlə özüm məşğul olacaq. 100% əmin olduqdan sonra vay onun halına. Biabır edəcəm onu. Sən özün kimsən axı, ay bədbəxt, bir dön arxana bax, sənin keçmişin nədir axı? Bu gün maskalanıb efirə çıxmaqla deyil. Hamının hər şeydən xəbəri var. Özü-özünə imic yaradır, nə bilim, mən qlamuram, nə bilim, mən səviyyəli müğənniyəm. Sən ancaq tamaşaçıları aldada bilərsən. Səni azdan-çoxdan yaxından tanıyanlar bilirlər ki, sən adi əxlaqsızın birisən!".

Ürəyini bizə boşaldandan sonra bir balaca qəzəbi soyuyan Zorik sabahkı ad gününə hazırlaşdığını və boş-boş işlərlə özünü əsəbiləşdirmək istəmədiyini söylədi: "Əslində bunlar hamısı boş şeylərdir. Çünki o şərhləri yazan insan buna dəyməz!".

Qeyd edək ki, Zorik sabah özünə möhtəşəm doğum günü düzənləyəcək. Klipmeykerin ad gününə Türkiyənin məşhur rəqqasələrindən birinin təşrif buyuracağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.