Şou-biznes

Nadir Qafarzadə: "Mənə gəlnimin bir çöpü də lazım deyil"

18 Dekabr 2014 23:08
21 Şərh     Baxış: 9 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nadir Qafarzadə qolunu çırmalayıb işə keçib.
 

Milli.Az gecce.az-a istinadən bildirir ki, sənətçi hər zaman cavan yaşda qaynata olmaq arzusunu dilə gətirməkdən çəkinmir. İki oğul atası olan Qafarzadə indidən elçi daşının üstündə oturub.

"Qaynata olmağa hazırlaşıram. Artıq bir neçə namizəd var. Mənə gəlnimin bir çöpü də lazım deyil. Evini də, cehizini də özüm alaram. Əsas isməti və namusu mənə cehiz olsun. Düşünmürəm ki, gəlnimi qohumlar arasından seçəm. Mən qohum qazanmaq istəyirəm. "

Hazırda Londonda təhsil alan oğlundan ağızdolusu danışan Nadir onunla fəxr etdiyini deyib.

"Oğlum qürbətdədir. Çox kövrəyəm. Hər dəfə darıxanda ağlayıram. Hərdən olur ki, istədiyi pulu göndərə bilmirəm. Deyir ki, papa, gücün çatmırsa, təhsilimi yarıda qoyum gəlim. Amma mən icazə vermirəm.
 

Çünki bu mənim arzumdur. Mən yemiyəcəm-içmiyəcəm, amma oğlumu oxutduracam. Ona halal olsun ki, mənim zəhmətimi yerə vurmur. Məni anlayır və çox şey tələb etmir. Oğlumla fəxr edirəm".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.