Şou-biznes

Müğənni Yeganə xınayaxdısında yaralandı

18 Dekabr 2014 23:03
2 Şərh     Baxış: 5 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə vətəndaşı ilə ailə quran və orada yaşayan sənətçi toyu barədə danışıb.
 

Milli.Az gecce.az-a istinadən bildirir ki, Yeganənin xoş günündə başına iş gəlib. Xəsarət alan ifaçı xınayaxdısı gününü sarğılarla keçirib.

"Salonda bəzənərkən önümdəki şüşədən olan masaya dirsəyimi qoymaqla qırıldı. Sinə nahiyəm və dirsəyim kəsilmişdi. Çox qan itiridim. Mənə 18-19 tikiş qoydular. Xınama düz iki saat qalmış gəlib çatmışam. Canım ağrısa da, xınayaxdım çox maraqlı keçmişdi.

Türklərin adətinə görə xınayaxdını oğlan tərəfi etməlidir. Mənim də xınayaxdımı oğlan tərəf etdi. Qaynanamın evi böyük idi. Elə ordaca baş tutdu. Bakıdan qohumlarım da gəlmişdi. Həmin günü yapışdırılan qızılları hələ də saxlayıram.

Düşünün ki, səhərisi gün də toyum olmalı idi. Kəsiklər görünməsin deyə heç vaxt sevmədiyim halda əlcəkli gəlinlik geyindim".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.