Şou-biznes

"Evinin "oboy"u cırıqdır" - Sevdanı lağa qoydu

29 İyun 2017 18:54
15 Şərh     Baxış: 11 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sevda Yahyayeva "5/5" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal ifaçını İnstaqramda canlı yayıma tez-tez girdiyi üçün qınayıb:

"Gecənin bir aləmində nə vaxt baxıram canlı yayımdasan. Nə ləzzət alırsınız İnstagram-dan? İnsan əlçatmaz olmalıdır, səni görməsələr yaxşıdır. Girməyin, adam ucuzlaşır, adiləşir. Səni evdə bəzəksiz görürlər. Evinin "oboy"u da cırıqdır, camaat da baxır. Anan yandan çıxıb nəsə deyir. Nəyə lazımdır bunlar?".

S.Yahyayeva isə aparıcının sözlərinə etiraz edib. O bildirib ki, izləyiciləri ilə ünsiyyətdə olmağı xoşlayır:

"İnsan sadə olmalıdır. 700 minə qədər insan məni izləyir. Girirəm ünsiyyətdə oluram, sualları cavablandırıram. Evim isə təmirdədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.