Şou-biznes

Murad Dadaşov "Maşın" şouda onu şok edən məqamlardan danışdı

29 İyun 2017 19:08
3 Şərh     Baxış: 2 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Murad Dadaşov "5-ci element" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şoumen oğullarından danışıb. O bildirib ki, böyük oğlu ona tez-tez iradlar tutur:

"Ən böyük narahatçılıq, uşaqlarla ünsiyyət qura bilmirəm. Elə yaşdadılar ki, gün ərzində o qədər suallar verirlər. Anaları belə cavab verə bilmir. Bütün sualları mən cavablandırmalıyam. Amma yetərincə vaxt ayıra bilmirəm. Böyük oğlum çox sərt adamdır. Mənə zəng vurub deyir ki, İnstaqramda filan şeyi yığışdır, sənə yaraşmır. Monika Belluççinin fotosunu paylaşıb, nəsə yazanda yığır ki, sil onu. Görürəm dostları ona nəsəd eyir, bu da utanır. Ortancıl oğlumun yeganə sualı budur: "Bu gün nə qədər qazandın?". Bu uşağı ancaq qazanc maraqlandırır. Balaca oğlumla isə biz dostuq".

M.Dadaşov "Maşın" şoudan və "Davam, ya tamam" layihəsindən söz açıb:

"Davam, ya tamam" çox doğma və əzizdir. Dünya standartlarına uyğundur. Sabah deyə biləcəyik ki, biz lissenziyalı layihə etdik. Mən istədiyim layihədir. "Maşın" isə tamaşaçının şousudur. O birindən çox baxılır. Amma "Davam, ya tamam"da hamı pul qazanır. Bu birində yox. Özüm də inanmırdım ki, bu dəfəki oyun daha maraqlı olacaq. Mənə elə gəlir ki, bu şou bizim haqqımızdadır. Həyatda bu cür hadisələrlə nə qədər üzləşirik. Nə qədər dostumuz bizi satır. Televiziya yayım platformasını itirib. Sonuncu tamaşaçıları yığırıq. İnsanlar 2 il fasilədən sonra darıxmışdı şou üçün. Bu dəfə maliyyə problemlərimiz yarandı, gec başladıq. Amma maraqlı insanlar ortaya çıxdı".

Şoumen "Maşın" şouda onu şoka salan məqamlardan danışıb:

"Şounun ilk günündən deyirdilər ki, niyə adi insanları çağırmırsınız? Mən xeyriyyə aksiyası etmirəm. Bizim şoumuz 20 gün gedir. Məni şoka saldı Eltonun səs toplamamağı. Mübarizədə Sərxan Kərəmoğlunun Vüqar Vüqarlı ilə qarşılaşdığı anda açıqlamaları məni təəccübləndirdi. Elə sözlər deyirdi ki... Mikrofonu uzadıb, zombi kimi dayanıb Sərxana qulaq asırdım. Həmin an imkanım olsaydı, Vüqara "getməyə" səs verərdim. Səidə (müğənni Səidə Sultan - red.) ilə Pərvinin (aktrisa Pərvin Abıyeva - red.) çıxışları da məni şoka saldı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.