Şou-biznes

Abdul Xalid Azərbaycan Polisinin bayramını belə təbrik etdi - VİDEO

29 İyun 2017 11:15
Baxış: 2 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətənimizi tərənnüm edən əsərlər, meyxana ilə sintez olundu.

2 iyul tarixi Azərbaycanda Polis Günü kimi qeyd edilir. Milli.Az bildirir ki, bu əlamətdar təqvim günü ərəfəsində tanınmış müğənni Abdul Xalid populyar meyxana ifaçısı Hacı Səbuhi ilə birlikdə "Azərbaycan polisi"adlı layihələrinə tanıtım edib. Saytımıza açıqlama verən müğənni ərsəyə gətirdikləri əsərin mahiyyəti barəsində oxucularımızı belə məlumatlandırdı: "Ulu Öndərimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günu kimi qeyd olunur.

Azərbaycan polisinin qüdrəti hər bir torpağını sevən vətəndaş kimi bizi də sevindirir. Polislərimizin adı ilə bağlı olan bu bayrama biganə qalmamaq üçün may ayından etibarən "Azərbaycan polisi" adlı layihə üzərində işləməyə qərar verdik. Mərhum sənətkarımız Rəşid Behbudov və canlı əfsanə, SSRİ-nin xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın repetuarında dillər əzbərinə çevrilən "Azərbaycan" mahnılarının musiqili meyxana ilə sintezini hazırladıq. Mahnımız dəyərli aktyor, xalq artisti Nurəddin Mehdixanlının ifa etdiyi şeir parçası ilə başlayır. Həmin sözlər də Səbuhiyə məxsusdur. İnanırıq ki, dinləyicilər böyük həvəslə təqdim etdiyimiz bu əsərə qulaq asıb, müsbət fikirlərini bildirəcək". 

Söhbətimiz zamanı A.Xalid onu da vurğuladı ki, mahnı ictimaiyyətə təqdim olunmamışdam öncə, rəsmi şəkildə Daxili İşlər Nazirliyinə göndərilib: "Daxili işlər naziri, general-polkovnik Ramil Usubova öz adımızdan dərin təşəkkürümüzü bildiririk. Çəkdiyimiz zəhməti yüksək qiymətləndirən cənab nazir, öz xeyir-duasını bizdən əsirgəmədi. Fəxrlə vurğulayırıq ki, Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər var. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Asayişimizin keşiyində məğrurcasına dayanan polislərimiz, bizim qürur mənbəyimizdir. Yaşasın Azərbaycan Polisi!"

Oxucularımızın diqqətinə onu da çatdırmaq istəyirik ki, 2 iyul tarixində həm də Abdul Xalidin doğum günüdür. Sevilən müğənni düz 19 ildir ki, özəl bayramını polislərlə birgə qeyd edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.