Şou-biznes

Sibel 11 ildən sonra Türkiyədə bunu yenə edəcək

23 İyun 2017 18:38
0 Şərh     Baxış: 1 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Sibel Kekilli ekranlara dönür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Almaniyada yaşayan türk rejissor Fatih Akının "Divara qarşı" filmiylə, daha sonra isə dünyanın ən məşhur serialı "Taxt oyunları" ilə məşhurlaşan aktrisaya indi türk şirkətlərindən təkliflər var.

Məlumata əsasən, 36 yaşlı Sibel ona göndərilən ssenariləri oxuyub və onlar arasında birini bəyənib.

Çəkilişləri sentyabrda başlayacaq serialda baş rollarda aktyorlar Ercan Kesal və Berkay Ateş də oynayacaq.

Xatırladaq ki, aktrisa ən son 2006-cı ildə "Evə dönüş" serialının çəkilişləri üçün Türkiyəyə gəlmiş və uzun müddət orada qalmışdı.

Qeyd edək ki, "Qızıl Ayı" və "Qızıl Portağal" mükafatlarını qazanan S.Kekilli 2004-cü ildə Almaniyanın ən vacib 100 adamı sırasında 33-cü olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.