Şou-biznes

"Atam ikinci arvadını evimizə gətirdi" - "Banu"nun Güneli - VİDEO - FOTO

23 İyun 2017 12:41
39 Şərh     Baxış: 14 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan tanınmış aparıcı Günel Həsənzadə maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, xeyli kökələn və saç düzümünü dəyişən aparıcı bu peşəni necə seçməsindən danışıb: 

"Hansı verilişi apardımsa, məni onun adı ilə çağırdılar: "Banu" Günel, "Günaydın" Günel, "Münəccim" Günel, Möcüzə Günel. Bunlar məni narahat etmir. 1997-ci ildən bu sahədəyəm, 3 ay pulsuz çalışdım, sonra maaş aldım. "Space"in ən qocaman işçilərindənəm. "Təhminə" filmində rejissor köməkçisi olmuşam. Beşinci sinifdən yaşımdan böyük kitablar oxumağa başladım. Azərbaycanda kinorejissorluq fakültəsinə ilk qəbul olan qız mənəm. Film çəksəm, enisklopediyaya düşərəm. Amma çəkməyəcəm, hövsələm yoxdur. Tofiq İsmayılov bütün qızları imtahandan kəsirdi ki, sənin yerin kinostudiya yox, mətbəxdir. Yaxşı ki, imtahanda o yox idi, o, olsaydı məni də kəsəcəkdi".

O, ailəsi haqda bunları söyləyib:

"Anamla tək yaşayıram, atam yoxdur, 5 yaşımda anamla ayrıldılar. Onu tanıyıram, amma yenidən görüşməyə fikrim yoxdur. İkiotaqlı evimiz var idi. Atam başqa qadınla evlənib, otağın birində qalırdı, biz isə digər otaqda yaşayırdıq. Düzdür, dalaşmırdılar, amma psixoloji gərginlik var idi. 3 uşağı oldu. Anamın və mənim halımı təsəvvür edin. Beşinci sinifdə oxuyana qədər o cür yaşamışıq. Onlara baxmayaraq mən pozitiv olmağa çalışıram. Atam gələndə qabağına qaçırdım, həyətdə uşaqlar deyirdi, onun üçün çırpınma, sənin atan deyil, o biri bacılarının atasıdır. Mən kişi olsaydım, qadınımı o evə gətirməzdim. Baxırsa, qoy incisin. Bu günə qədər ailə qurmamağımın səbəbi də atamın mənə yaşatdığı o anlardır. Heç kimə güvənmirəm, hamıya dost kimi baxıram. Anam onun uşaqlarına yemək, şirniyyat verirdi. Getməyə yerimiz yox idi. Anam çalışırdı, məni saxlayırdı. Bacılarımı çox istəyirəm, amma onlara yaxınlaşmıram. Sumqayıtda xəstəxanada yatanda yanıma gəldilər, mənə yaxınlaşmaq istəyirlər, amma alınmır məndə".

Sevilən aparıcı yaşadığı çətinliklərdən, maddi sıxıntıdan söz açıb:

"İndi ancaq adım var, heç nəyim yoxdur. Evim bankda kreditdədir. Ödəyə bilmirəm, gecikdirirəm. Maşınım yoxdur. Anamla birlikdə yaşayıram. Hərdən kimsə yığır qohumumsan. Uşaqlıqda yanımda olmayanlar indi məni axtarır. Buna narahat olmuram, hər şey yaxşıdır. Ailə qurmamağımın səbəbi kişilərin xəyanətkar olmasıdır. Bəzən də işi buranlar olur. Ailə qursam, həyat yoldaşım istəsə, işi ataram. Qadının ən böyük karyerası ailəsidir. Hər zaman böyük ailənin arzusunda olmuşam". 

Günel Həsənzadə ədəbiyyatla da maraqlandığını bildirib: 

"Hekayələr yazıram. Hələ kağızdadır. Kompüter alıb, ora köçürəndə işıq üzü görəcək. Kompüterim yoxdur, ala bilmirəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.