Şou-biznes

Adı məmurla hallanan Məleykə Əsədova 30 illik gizlinləri açdı: "Bu böhtanı yayanı..."

21 İyun 2017 15:39
59 Şərh     Baxış: 16 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov xalq artisti Məleykə Əsədova ilə bağlı "ölkə.az"-a sensasion açıqlamalar verib: "Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İkiotaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Məleykə Əsədova həmin binada yaşayırdı, mən də tapşırıq verdim ki, həmin evi onun adına keçirtsinlər".

Xalq artisti Məleykə Əsədova yenicag.az-a açıqlamasında yazılanları şər-böhtan adlandırıb:

"Bu yazı başdan-başa şər-böhtandır. Üç il əvvəl yazılan şər-böhtanı yenidən gündəmə gətirməklə məqsədləri nədir, anlamıram. Bunun arxasında kimlər dayanır, məhkəmə qarşısında cavab verəcəklər.

Aydın Bəşirovla şəxsi tanışlığım yoxdur, onun heç bir tədbirində iştirak etməmişəm. Onun "Yaxt klub"una bir dəfə də olsun ayağım dəyməyib. Mən aktrisayam. Şeir deməyimdən də çox adamın xoşu gələ bilər, bunu şişirtməsinlər. Qaldı ki, onun mənə ev hədiyyə etməsinə, böhtandır. 1988-ci ildə "Baksovet"də olan o evi toylara gedə-gedə, alın tərimlə topladığım pula almışam.

Bir mənzildə ("uplotneniye") iki adam yaşayırdı, mənim evim 25 kvadratlıq idi, o biri mənzil isə 11 kvadratdan ibarət idi. O evin sahibəsi dünyasını dəyişdi. Həmin ev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında idi, rejissor Lütfi Məmmədbəyov bu evin mənə verilməsi üçün qurumun rəisi Aydın Bəşirova müraciət etdi. Yaradıcı insan kimi o evi mənə verdilər. O evi də satıb, indiki evimi tikmişəm. İndiyə qədər mənə şər atanları Allaha tapşırırdım, bundan sonra onlar məhkəmə qarşısında cavab verəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.