Şou-biznes

Xatun: "Elarizin məni görən gözü yoxdur"

19 İyun 2017 12:22
11 Şərh     Baxış: 2 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatun Əliyeva parodiya etdiyi həmkarlarından inciyib.
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "10-dan sonra" verilişinə açıqlama verən ifaçı onların əksəriyyəti ilə danışmadığını deyib: 

"Mənim sarı simimə toxunmasınlar, onlarla kin saxlamıram. Elza ilə (Elza Seyidcahan) sırf parodiya üstündə danışmıram. Xumar xanımla (Xumar Qədimova) bir dəfə verilişlərin birində görüşmüşəm, ondan sonra əlaqəm olmayıb. Tünzalə xanımla (Tünzalə Ağayeva) münasibətimiz yoxdur. Elarizin isə, ümumiyyətlə, məni görən gözü yoxdur". 

Xatun yeni parodiyalar axtarışında olduğunu da söyləyib: 

"Onlar fikirləşir ki, Xatun bizə sataşır. Yeni parodiyalar eləmək istəyirəm. Çünki bunlara baxanda əsəbiləşirəm. Onlar məni o qədər incitdilər ki... Bu gün onların heç birinə baxa bilmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.