Şou-biznes

"Təsəvvür etməzdim, bu qədər ağlayaram" - Telli Borçalı

17 İyun 2017 21:46
16 Şərh     Baxış: 6 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 ay əvvəl anasını itirən Aşıq Telli Borçalı yenidən efirlərə çıxacaq.
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Xəzər Maqazin"ə danışan saz ifaçısı anasının itkisi ilə barışa bilmədiyini deyib:

" Təsəvvür etməzdim ki, mən özümə bu qədər qapılıb hər gün ağlayacağam. Demək olar, hər gün ağlayıram. Hələ ağlıma gətirə bilmirəm ki, anam yoxdur. Ana itkisi dəhşətdir. Ürəyində aritmeya var idi. Xəstəxanada yatırdı, bir ay, 15 gün yaxşı olurdu, evə gəlirdi, sonra yenə halı pisləşirdi. Həmişə deyirdim, "ana, yaxşı olacaq. Fikir eləmə". Amma Allahın yazısından qaçmaq olmaz. 2 ay efirlərdən uzaq qaldım toy şənliklərimi təxirə saldım. Amma daha anamın qırxı çıxıb. Efirlərə çıxıb, toylara gedəcəyəm"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.