Şou-biznes

Azərbaycanlı aktrisanın qızının toyunda vur-çatlasın: "Bəylə gəlinin romantik rəqsi" - FOTO

17 İyun 2017 17:40
30 Şərh     Baxış: 19 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az-a daxil olan məlumata görə, dünən restoranlardan birində Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Yasəmən Malikin qızı Cahan Azərin məşhur türk rejissoru Savaş Çıkrak ilə toyu baş tutub. Toya bir çox sənət adamları qatılıb. Açıq havada baş tutan toy gecə saat 1-ə kimi davam edib.

Qeyd edək ki, aktrisamızın qızı Cahan Azər bir müddət Azərbaycanda rejissor və dublyaj sahəsində çalışıb, Türkiyədə magistr təhsili alıb. O, həm də Türkiyənin ən məşhur serialları olan "Şefkat tepe"də, "Qalib Dərviş"də çəkilib. Savaş Çıkrak isə Türkiyənin bir neçə məşhur televiziyasında, o cümlədən Habertürk kanalında rejissor vəzifəsində çalışır. Onunla bağlı Türkiyə mətbuatında "Bülənt Ərsoyun heç sevmədiyi, Hülya Avşarın isə lap çox sevdiyi rejissor" adlı yazılar dərc olunub. Cahan xanım və Savaş bəy hazırda qonşu ölkədə "Doyuran kareler" adlı sosial layihənin rəhbəri və yaradıcılarıdır. Onlar küçə heyvanlarına alınan qida qarşılığında insanları pulsuz fotosessiya edirlər.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.