Şou-biznes

Nigar Camal: "İmkan vermərəm ki, simamdan istifadə etsinlər"

17 İyun 2017 13:15
5 Şərh     Baxış: 3 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision 2011" qalibi Nigar Camalın plastik əməliyyatla formada qalma xəbəri yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Lider maqazin"də şayiələrə cavab verib:

"Heç vaxt kökəlmirəm. Plastik əməliyyat etdirmirəm. Sadəcə, bizim ailədə hamı belə arıqdır. Həm də idman edirəm"
 
N.Camal deyib ki, İnstaqram hesabında heç bir məhsulu reklam etmir:

"Çəkildiyim reklamlardan aldığım qonorarı açıqlaya bilmərəm. Qiymət demək yaxşı deyil. Heç vaxt İnstaqram səhifəmdə nəyisə reklam etmirəm. Ancaq siması olduğum hansısa şirkətin məhsulunu yayımlayaram. Mənim simamdan istifadə etmək istəyənlərə imkan vermirəm. Reklam istəyən, mənimlə müqavilə bağlasınlar. Hər kəs fərqlidir, edənlər özləri bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.