Şou-biznes

Yerli məşhurların ayrıla bilmədikləri əşyaları - VİDEO

29 May 2017 09:44
4 Şərh     Baxış: 3 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerli məşhurlar "ATV maqazin 10larla" verilişinə ən çox sevdikləri, yanlarından belə ayıra bilməyəcəkləri əşyalar haqda məlumat veriblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlardan biri xalq artisti Aygün Kazımovadır. O, sənətdə olduğu illər ərzində daim yanında güzgü gəzdirdiyini bildirib.

İfaçı Samira isə xalq artistindən fərqli olaraq güzgülərlə o qədər də arası olmadığını söyləyib. O, sevdiyi aksessuarın saat olduğunu vurğulayıb:

"Saatsız bir dəqiqə də qala bilmirəm. Baxmayaraq ki, telefonda da saat var, amma mütləq qolumdakı saata baxmalıyam. Bu da punktuallığımdan irəli gəlir".

Müğənni Nadir Qafarzadə 2 ildən çoxdur barmağından çıxartmadığı üzüyündən danışıb.

"Üzərində yazı var idi, onu itirdim, amma yenə gözümdən düşmədi. Demirəm, mənə uğur gətirir, sadəcə xoşuma gəlir. Heç kimin hədiyyəsi deyil, özüm almışam".

Əməkdar artist Xumaq Qədimova telefonsuz qala bilmədiyini qeyd edib. Sənətçi bildirib ki, yalnız çox yorğun olanda zənglərə bacısı cavab verir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yerli məşhurların ayrıla bilmədikləri əşyaları

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.