Şou-biznes

"Peşəkar olmasalar da, musiqini sevirlər" - Xalq artisti - VİDEO - FOTO

27 May 2017 11:46
1 Şərh     Baxış: 1 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı xalq artisti, opera müğənnisi Fidan Hacıyeva olub.

İyun ayında tələbələri ilə bərabər hesabat konserti verəcək xalq artisti artıq bir ildir ki, tələbələrinə öyrətdiklərini indi elə onların dilindən bütün sevənlərinə çatdıracaq:

"İyunun 11-i Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında adımı daşıyan Musiqi mərkəzinin tələbələrinin konserti olacaq. Artıq bizim 1 yaşımız tamam oldu. Çox istərdim ki, bu bir il ərzində tələbələrimiz nələr öyrənibsə, onu tamaşaçılara təqdim etsinlər".

Öz daxilində alışıb yanan istedadı böyük həvəslə tələbələrinə ötürən Fidan xanım bu gün davamçılarının hər bir uğurunu fəxrlə izləyir.

"Mənim tələbələrim həm Azərbaycan, həm də dünya bəstəkarlarının əsərlərini öyrənirlər. Artıq qaliblərim də var. "Zima" adlı festivalda mənim iki tələbəm, Leyla və Sevil çıxış etdilər və qalib oldular. Mənim tələbələrim beynəlxalq müsabiqələrdə laureat adına layiq görülüblər. Yenə də hazırlıqlar davam edir. Xeyli diplomlarımız var və bu, məni çox sevindirir".

Fidan xanım, bu konsertdə tələbələrinizin arxasında siz dayanacaqsınız, bəs həmin gün sizə kimlər dəstək olacaqlar?

"Dəstək olanların çoxu Opera və Balet Teatrının solistləridir. Dostlarım, müəllimlərim mənə dəstək olurlar. Gəlib qulaq asırlar, məsləhətlərini verirlər. Fikirləşirəm ki, gələcəkdə məşhur sənətkarları bura dəvət edim ki, ustad dərsləri keçsinlər. Mənim öz müəlimim də bura gəlmişdi. O da öz fikirlərini söylədi".

Müxtəlif janrlarda, yenə də həmin janrın xüsusiyyətlərini gözləyərək mahnılar ifa edən sənətçi heç vaxt klassikadan uzaqlaşmaq fikrinin olmadığını dilə gətirdi:

"Estrada mahnıları da ifa edirəm. Məmməd Arazın sözlərinə yazılmış kiçik bir muğam parçası da var. Bayati-Şiraz, Segah, Şur muğamlarını da fortepianoda ifa edirəm. Bir çox janrlarda mahnılar ifa etsəm də, mənim əsas istiqamətim operadır, klassikadır. Gözəl bəstəkarlarla işləyirəm. Yeni mahnılar oxuyuram".

Fidan Hacıyeva ilə duet oxumaq hər adamın hünəri olmasa da, belə görünür ki, Fuad Dadaşov özündə güc tapıb ki, xalq artistinin tərəf müqabili olub.

"Biz Eldar müəllimlə işləyirik. O, mənə gözəl bir mahnı təqdim elədi. Cazz-bluz stilində. Biz Fuadla qərara gəldik ki, bu mahnını bərabər ifa edək".

Fuad Dadaşov: "Əslində mən Fidan xanımla çoxdan duet oxumaq istəyirdim. Eldar müəllim bizim üçün bir mahnı yazdı. Bu duet mənə təklif oludu. Təbii ki, mən də məmnuniyyətlə, fəxrlə qəbul etdim. Çünki xalq artistimiz, divamız, gözəl opera müğənnimizlə duet oxumaq fəxrdir".

Fidan xanım, tələbələrinizə həvəslə bu sənətin sirlərini öyrədirsiniz, bəs öz övladlarınızın bu sahəyə marağı varmı?

"Kiçik oğlum da oxuyur. Burada fortepiano sinfinə gəlir. Qızım da fortepianoya gəlir. Peşəkar olmasalar da, musiqini sevirlər. Kim nəyi seçir, seçsin. Ancaq görürəm ki, kiçik oğlumun musiqiyə çox sevgisi var. Qızım fortepianoya gec başladı. Onun üçün çətindir. Ancaq balaca 4 yaşından bu sahəyə yönəlib".

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.