Şou-biznes

“Səhər 6-dan gecə 1-ə kimi qulluğunda dururam" - "Toppuş bacı"

25 May 2017 22:01
39 Şərh     Baxış: 7 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Tünzalə Əliyeva ("Toppuş bacı") şəxsi həyatından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  APA TV-yə qonaq olan aktrisa həyat yoldaşının ona qoyduğu qadağalara uyğunlaşdığını deyib:

"Yoldaşım hər işimə qarışır. Əcəb edir. Bizim evdə ilk və son sözü kişi deyir. Mən öz evimizdə belə görmüşəm. Atam söz deyib, anam da deyib ki, baş üstə. Aktrisalar arasında mənim yaşımda, ağlımda ev qadını yoxdur. Varsa da, Allah canlarını sağ eləsin. Mən səhər saat 6-dan gecə 1-ə qədər həyat yoldaşıma "Nə istəyirsən?" sualını verib, yatıram. Yəni onun qulluğunda dururam. Yəni gecənin bir aləmi o, məni yuxudan oyadıb, desə ki, su istəyirəm, mən onun bu sözünə ərinmərəm. Özümü elə də tərifləmirəm. Mənim də kaprizlərim var. Həyat yoldaşım maşında telefon oynatmağa icazə vermir. Yəni yolda onun yanında telefonu oynatmıram. Nəinki mən, bacılarım, qardaşım qızları, ümumiyyətlə qadın xeylaqları bizim maşına mindisə, maşında telefonla oynaya bilməz. Çünki yoldaşımın xasiyyətinə bələddilər. Bizim ailədə qanun budur. Hər efirə gələndə də geyinirəm, "hə" deyir, daha sonra evdən çıxırıq. Onun sözü mənə qanundur".

Xatırladaq ki, T.Əliyeva 2013-ci ildən Röyal adlı bəylə ailəlidir. Cütlüyün 2016-cı ildə bir qızı olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.