Şou-biznes

"Qəzada üzüm cırıldı deyə aktyor yox, meyxanaçı oldum" - Vüqar Əbdülov - VİDEO - FOTO

25 May 2017 14:03
2 Şərh     Baxış: 6 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan meyxanaçı Vüqar Əbdülov maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, ilk olaraq meyxananın inkişafından bəhs edib:

"Meyxana çox inkişaf edib, coğrafiyası böyüyüb. Təkcə Bakı kəndləri yox, artıq rayonlarımızda da meyxana deyilir. Coğrafiya böyüyüb düzdür, bəs sağlam rəqabət qalıbmı? O vaxt televiziyalara çıxmaq olmurdu. Nizami Rəmzi yazırdı "seyri siçan", o tərəfdən Ağasəlim Çıldaq yazırdı ki, "qara pişik". Bu, onların arasındakı rəqabət idi.

Məsələn, mənimlə Namiq Qaraçuxurlu arasında oldu bu. Mən yazdım "Ata, sən özün cavan olmamısanmı", Namiq yazdı "Papanın gül balası". Bu, rəqabətdir, iki personajın üz-üzə qoyulmasıdır. İndi belə şeylər yoxdur, hamı bir-birinin əksinə dayanıb. Adını meyxanaçı qoymusansa, bir yerdə olmalısan".

Daha sonra meyxanaçı sosial şəbəkələrdən söz açıb:

"Mənə deyirlər ki, görsənmirsən. "Facebook"a çox girmirəm. "İnstagram" və "Facebook"a arada girirəm, kiminsə ad gününə baxıram, digər məlumatlar üçün. Amma orada gündəlik özümü reklam edim, hər addımımı paylaşım, mənlik deyil. Tutaq ki, biri diş həkimidir, yaxşı işlərini qoysa ora o başqa. Amma gedib qəlyanda çəkdirdiyi şəkli kimə maraqlıdır?! Biz sənətçiyik, bizi tanıyırlar. Amma onu ancaq öz ətrafı tanıyır. Sən həkimsən, klinikan var, 100 adam tanıyırsan, səni bundan başqa kim tanıyır axı?"

Meyxanaçı sonda İncəsənət universitetini oxuyub, niyə ixtisasına davam etməməsinə də aydınlıq gətirib:

"Mən, Rafael, Coşqun, Azər Axşam və s. hamımız bir qrupda oxuyurduq. 1994-cü ildə qəzaya düşdüm, üzüm cırıldı. Üzüm əvvəllər çox pis idi. Sonra müalicələrlə düzəldi. O ərəfələrdə efirdən küsdüm. Meyxana belədir ki, toyxanada səliqəsiz, üzütüklü görünmək mane olmurdu. Amma teatrda, tamaşalarda yaxşı deyil. Qəza məni efirlərdən uzaqlaşdırdı".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.