Şou-biznes

İlk efir günündə bu verilişin yayımı dayandırıldı

24 May 2017 16:37
2 Şərh     Baxış: 3 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Show TV" kanalında indiyədək görülməyən hadisə yaşanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Hakan Bilginin aparıcılıq etdiyi "Hər kəs qazanır" verilişi elə efirə getdiyi ilk gündən yayımını dayandırıb. 

Hakan yarış iştirakçılarını təqdim etdikdən sonra onlarla söhbət etməyə başlayıb. Lakin iştirakçıların gözlədiyi ilk sual ekrana gəlmədiyindən oyun başlamayıb. 

Reklam fasiləsinə çıxdıqdan sonra aparıcı yenidən iştirakçıları təqdim edib və sualın ekrana gəlməsini gözləyib. Bu dəfə də sual ekrana gəlmədiyindən səsləndirilməyib. Veriliş yenidən reklama çıxıb və ikinci fasilədən sonra efirə getməyib. Canlı yayımdaca proqram dayandırılıb.
 
Bu cür texniki xətaya səbəb kimi proqramda iştirak etmək üçün istifadə olunan tətbiqetmənin işləməməsi göstərilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.