Şou-biznes

Azerbaijan Fashion Awards mükafatladırılma mərasimi keçiriləcək

24 May 2017 17:16
Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdə "Azerbaijan Fashion Awards" (AFA) mükafatladırılma layihəsinə bir müddətdir ki, start verilib.

Milli.Az xəbər verir ki, mükafatlandırma mərasimində mədəniyyət və incəsənət nümayəndələri, ictimai xadimlər, media nümayəndələri, idmançılar, modelyerlər, iş adamları, və digər sahələrdə uğur qazanan şəxslər qiymətləndiriləcək. "ST Model School" tərəfindən keçirilən layihənin əsas məqsədi müxtəlif sahələrdə öz işi ilə tanınan və gündəmdə olan şəxsləri mükafatlandırmaqdır.

Sözügedən layihənin rəhbəri Orxan və Süleyman Tənaxirlidir. Qeyd edək ki, tədbir 14 iyun tarixində saat 20:00-da "Park İnn by Radisson" otelində keçiriləcək və gecəyə tanınmış ictimai xadimlər, xalq artistləri, aktyorlar, nüfuzlu şəxslər qatılacaq.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.