Şou-biznes

Xalq artisti verilişə karateçi oğlu ilə gəldi - VİDEO

24 May 2017 16:01
1 Şərh     Baxış: 2 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Mənsum İbrahimov "10-dan sonra" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, xanəndə proqrama 13 yaşlı oğlu İbrahimlə qatılıb. M.İbrahimov verilişdə övladlarının tərbiyə və təhsilindən danışıb: 

"Mənim 3 qızım var, İbrahim sonbeşiyimizdir. Müəllim ailəsiyik. Bizdə hər kəsə münasibət eynidir. Atam öz əxlaqına görə çox nümunəvi biri olub. Mən də öz tərbiyəmi atamdan götürmüşəm. İbrahim də özündən əvvəl bacılarını, onların təhsilə münasibətini görüb-götürüb. İki qızım Bakı Dövlət Universiteni fərqlənmə ilə bitirib. Bir qızım Tibb Universitetində oxuyur. Onlara görə heç kimdən nəsə xahiş etməmişəm, hamısı özü oxuyur. Uşağın var-dövləti onun təhsilidir. Valideynin də borcu ona yaxşı tərbiyə verməkdir". 

Xalq artisti "Övladlarınızdan heç biri yolunuzu davam etdirmir" sualına belə cavab verib: 

"Hər birinin səsi var. Özüm həvəsləndirməmişəm, elə özləri də istəməyib. İbrahim 4 yaşında ilk dəfə "Leyli və Məcnun"a baxıb, mahnılarımı bilir. Amma özü karate ilə məşğuldur. Hətta çempionatda ikinci yeri tutub".  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xalq artisti verilişə karateçi oğlu ilə gəldi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.