Şou-biznes

Damlanın traktordan "PAZ"a keçməyi, bir ovuc sinə, 70 yaşlı oliqarxın gənc aktrisaya "Porşe" təklifi - HƏFTƏBECƏR

22 May 2017 09:15
18 Şərh     Baxış: 6 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (126-cı say) təqdim edir.

Şoumen Murad Dadaşov "Maşın şou"dan danışıb. Deyib ki, şouya qatılmaq üçün pul verən tapşırtdıranlar olur, amma qəbul etmirəm. Siz məntiqə baxın. Pul verim, gedim 10-15 gün ayaq üstə dayanım, qırğın-davaya çıxım. Axırda da biri daha dözümlü çıxıb maşını götürüb aparsın. Deyəcəksiniz ki, reklamdır? Allah kəssin elə reklamı.

Müğənni Damla (Məsumə) traktorda fotosessiya etdirib. Növbəti təklif məndən. Bu dəfə kombaynda fotosessiya maraqla qarşılanar. Qonşumuzda köhnə bir "PAZ" avtobus var. Lap ondan xahiş edərəm, avtobusu birgünlük kirayələyə də bilərsiniz. Necə fikirdir? Başlıq da belə olar -"Damla "PAZ"a mindi". Qulpqoyan dayı təklif irəli sürür ki, "mindi" sözünü "keçdi" ilə əvəz edim. Dedim, olmaz. O da belə izah edir ki, yəni traktordan "PAZ"-a keçdi də. İndi siz hansını məsləhət görürsünüz?

Müğənni Nikol Şerzinger Los-Ancelesdə bir şounun premyerasına qatılıb. Saytlardakı fotolara baxdım. Canıyanmış sinəsini açıq qoyub. Bura gəlincə soyuqlamasa yaxşıdır. Yeri gəlmişkən, bizim şou-biznesdə sinə işinə Röya baxır. Yanılmıramsa, 50 milyon qiymət qoymuşdu. Qulpqoyan dayı məni yenə bezdirir replikalarıyla. Deyir, ora yaz ki, bir ovuc ola, ya olmaya onun sinəsi. 50 milyona 5 ovuc qara brilyant almaq olar.

Gənc aktrisa Zarina Qurbanova deyib ki, yaşı 70-i keçmiş bir oliqarx ona "Porşe" və "Torqovı"da ev almaq və bunun müqabilində sevgili olmaq istəyib. O isə təklifi qəbul etməyib.

"Maşınla yolumu kəsirdi... Mən yaxşı bilirəm ki, bu gün müğənnilər, aktrisalar hansı yolla pul qazanır. Mənə də belə təkliflər çox olub, qəbul etməmişəm. Mən gözütox böyümüşəm. Buna görə də 11 minlik "Nissan" sürürəm, bu maşını alanda hələ atamdan borc da götürmüşəm".

11 minlik "Nissan"ı elə deyib ki, elə bil 38 ilin aktrisasıdır, sürdüyü də velosipeddir. Həyatının 40 ilini sənətə həsr edib kirayələrdə ömür çürüdənlər nə etsinlər? Yeri gəlmişkən, həmin oliqarx öz nəvəsinə evlilik təklifi etsə, təəccüblənmərəm. Çünki Zarinanın həmin vaxt 22 yaşı olub. 70 yaşlı kişinin isə nəinki nəvəsi, bəzən nəticəsi də olur. Allah bilir həmin adamı ağsaqqal deyib elçiliyə zada da aparıblar. Sonra da "bizim vaxtımızda belə deyildi" söyləyirlər. Bəs bu 70 yaşlı "kişi" müasir adamdır?

Xanəndə Elnarə Abdullayeva bir ayaqqabını 10 il geyinirmiş. Özü belə deyib. Sizcə səmimi açıqlamadır? 2-3 il ola bilər. Amma on il məncə, tamaşaçıya daha "səmimi" görünmək istəyindən qaynaqlanan rəqəmdir.

Çoxdandır Samiraldodan yazmırıq. Başıbatmış yas mərasiminə gedibmiş. Deyiblər ki, keç qadınlar oturduğu çadırda otur. Məclisi sahibini də qınamalı deyil. İndicə eşitdim ki, məclis sahibi püşk atıb. Püşk də belə düşüb ki, Samiraldo qadınların çadırında otursun. Püşkün "ponyatka"sına halal olsun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.