Şou-biznes

"SOCAR-ın himnini qızım yazıb" - Xalq artisti - FOTO

20 May 2017 17:02
44 Şərh     Baxış: 9 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Zümrüd Məmmədova film təqdimatlarının birinə qızı ilə birgə qatılıb.

Milli.Az xəbər verir ki, Z.Məmmədova yeniçağ.az-a qızının gözəl bəstəkar olduğunu deyib:

"İlahə Azərbaycandan çox xarici ölkələrdə tanınır. Bir çox Avropa ölkələri ona sifarişlə musiqilər yazdırıb. Böyük layihələrin müəllifidir. SOCAR-ın himnini də qızım yazıb. Bu yaxınlarda qızıma Macarıstandan təklif gəldi. Bir il müddətinə həmin ölkədə yaşayıb, musiqi layihələri gerçəkləşdirmək üçün ona bir milyon qonorar və ev təklif etdilər. Müqavilə bağlayıb, orda qalmalıydı. İrihəcmli musiqi əsərləri yazmalıydı. Onu mən qoymadım. Çünki bircə qızım var, onun da gözümün qabağında olmasını istəyirəm. Uzaqda olsa ürəyim partlayar".

Qeyd edək ki, 23 yaşlı İlahə Bakı Musiqi Akademiyasını bitirib, xalq artisti Arif Məlikovun yetirməsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.