Şou-biznes

Bakıda "Brüs Li" ilə görüşmək üçün izdiham - VİDEO - FOTO

19 May 2017 15:01
Baxış: 1 957

Ötən gün "Brat Li" bədii filminin imza günü keçirilib.

Layihənin mətbuat katibi Fuad Mədətov Milli.Az-a verdiyi açıqlamasında bildirib ki, "CinemaPlus - 28 Mall"da təşkil olunan tədbir izdihamlı olub.

Tədbirdə filmin baş qəhrəmanları məşhur döyüş ustası və aktyor Brüs Linin qüsursuz bənzəri olan Əfqanıstan vətəndaşı Abbas Əlizadə ilə yanaşı, aktyorlar İlkin Misgərli, Rüfət Nəzər, meyxana ifaçısı Oqtay Kamil, o cümlədən filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə və başqaları iştirak ediblər.

Pərəstişkarları ilə görüşən filmin qəhrəmanları onlarla şəkil çəkdirib və birlikdə filmi izləyiblər.

İdeya müəllifi Ruslan İsmayılovun olduğu ekran əsəri mayın 12-dən etibarən Azərbaycan kinoteatrlarında yayımlanır.

"As Media" və "NR production"un istehsalçısı olan və bütün hüquqları adıçəkilən şirkətlər tərəfindən qorunan ekran işi "CinemaPlus - Ganclik Mall", "CinemaPlus - 28 Mall", "CinemaPlus - Aygun City", "Nizami Kino Mərkəzi, "Azərbycan" kinoteatrı və Gəncə şəhərində yerləşən "CinemaPlus Xəmsə" kinoteatrında nümayiş olunur.

Azərbaycanın əməkdar artistləri Məlahət Abbasova, Sabir Məmmədov, Təvəkkül Əliyev, o cümlədən Azərbaycanın Fəxri Mədəniyyət işçisi Rüfət Nəzər, yumorist-aktyor İlkin Misgərli, rəqqasə Oksana Rəsulova, meyxana ifaçısı Oqtay Kamil, aktrisa Delya Fərəcullayeva, aktyorlar Nofəl Şahlaroğlu və Cavanşir Məhərrəmov rol alıblar. Həmçinin layihənin mətbuat katibi Fuad Mədətov da filmə çəkilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Брюс Ли воскрес в Азербайджане

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.