Şou-biznes

Azərbaycanda ilk dəfə - "Mercedes-Benz Fashion Week Baku"

18 May 2017 13:52
Baxış: 2 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mercedes-Benz Fashion Week" növbəti mövsümün trendlərini diktə edən və dünya moda arenasına yeni adlar gətirən ən nüfuzlu və tanınmış hadisələrdən biridir. Nəhayət, dünyanın moda paytaxtları siyahısına haqlı olaraq doğma Bakı da daxil oldu! 

Milli.Az bildirir ki, yerli dizaynerlər üçün aparıcı dəb jurnallarının parlaq səhifələrinə və beynəlxalq baerlərlə təcrübə mübadiləsinə aparan yol artıq açıqdır. Bakı isə öz növbəsində alış-veriş və yerli mədəniyyətlə tanışlıq üçün gündən-günə daha çox ardıcıl toplamaqdadır. Mercedes-Benz Fashion Week Baku paytaxtda keçirilən tədbirlərin uğurlu davamı kimi bu siyahıya heç də təsadüfi şəkildə daxil edilməmişdir.  

25-28 May, 2017-ci il tarixində Azərbaycanda ilk dəfə  Mercedes-Benz Fashion Week Baku moda tədbiri həyata keçiriləcəkdir. Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, Özbəkistan və digər ölkələri təmsil edən 16 dizaynerin əl işi Passaj 1901-in təqdim etdiyi podiumda yer alacaqdır. Şou zamanı payız-qış 2017-2018 kolleksiyası nümayiş olunacaqdır.  Mercedes-Benz Fashion Week Baku açılışını 25 May, 2017-ci il tarixində moda həftəsinin daimi hedlayneri, məşhur dizayner Avtandil mono-şou ilə edəcəkdir. Həmçinin beynəlxalq layihənin qonaqları sırasında Rusiya və xarici yarışmaların daimi iştirakçısı, Londonda Qraf Tolstoyun şərəfinə keçirilmiş bala dəvət edilmiş Sibirin yeganə rəssam-modelyeri Svetlana Bekareva, Türkiyədən Raşit Bağzıbağlı, Ukraynadan Kaxo, GiGU, Liza Manner, Özbəkistandan dizaynerlər Sabina Nazer, Anor Atelier, Behzod Saitov (Sharq Liboslari) görmək mümkün olacaqdır. Yerli dizaynerlərdən isə Gülnarə Xəlilova və Proje komandası öz kolleksiyalarını nümayiş etdirəcəklər. 

MBFWBaku debütantları dəstəkləyir. MBFWBaku-nun birinci mövsümündə Tarsel, Renara, Modamaniya, Aidem, SiViVa, L'impero, Chiragli brendləri öz kolleksiyalarını ilk dəfə olaraq təqdim edəcəklər.  

Dizaynerlər öz kolleksiyalarının sadəcə nümayişini deyil, həmçinin unudulmaz şou hazırlayıblar.  

Ənənəyə sadiq olaraq 25 May, 2017-ci il tarixində 14.00-da Baku Cafe-də mətbuat konfransı keçiriləcəkdir. Əlamətdar günün sonunda Azərbaycanda açılışı həyata keçirilmiş möhtəşəm layihənin şərəfinə Baku Cafe-də mərasim təşkil ediləcəkdir. Moda həftəsini Mercedes-Benz Fashion Week Baku çərçivəsində ustad dərslərindən ibarət təhsil proqramı tamamlayacaqdır. Ustad dərsləri Passaj 1901-də təşkil ediləcəkdir: 
12.00-14.00 \ Ekspress styling-in əsasları - 20 dəqiqə ərzində əl altında olan əşyalardan luk toplamaq, həmçinin fashion fotonun stylinqi (Lektor Leyli\İlona); 

26 May 12.00-14.00 \ Kiçik tədbirlərdən moda həftələrinə kimi mövcud fashion tədbirlərin təşkilatçılıq sirrləri (Lektorlar Aysel\Aylin); 

27 May 12.00-14.00 \ Öz jurnalının əsasını qoymaq (Lektor Elçin Əmirov); 

28 May 12.00-14.00 \ Fashion dizaynın əsasları, bazarda mövcud problemlərlə tanışlıq (Lektor Natəvan). 

28 May, 2017-ci il tarixində saat 00.00-da moda həftəsi bitdikdən sonra Bakının mərkəzində yerləşən Art Garden restoranı öz qapılarını geniş miqyaslı after party üçün açıq elan edəcəkdir.  Mercedes-Benz Fashion Week Baku Azərbaycan Respublikasını Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcəkdir. MBFWBaku çərçivəsində Passaj 1901-də saat 10.00-22.00-dək Azərbaycan və digər ölkələri təmsil edən dizaynerlərin geyim və aksessuar kolleksiyalarından ibarət şou room fəaliyyət göstərəcəkdir. MBFWBaku ilk mövsümü yerli və əcnəbi KİV nümayəndələri, həmçinin beynəlxalq televiziya kanalı, rəsmi tərəfdaş IDFashion TV (Ukrayna), Hello (Gürcüstan), Nargis (Azərbaycan), Elle (Ukrayna), Vogue (Ukrayna) tərəfindən işıqlandırılacaqdır.  

Paytaxtımızda keçiriləcək MBFWBaku ilk mövsümünə yerli və əcnəbi moda bazarının aparıcı baerləri dəvət edilmişdirlər.  
Rəsmi fotoqraf - Ruslan Kirsanov. 
Moda həftəsinin titul tərəfdaşı - Mercedes-Benz. 
Dizaynerlərin şoularının cədvəlini, foto və video hesabatları bizim sosial şəbəkələrdəki rəsmi səhifələrimizdən onlayn rejimdə əldə edə bilərsiniz: 
Facebook - Mercedes-Benz Fashion Week Baku, Instagram - MBFWBaku və rəsmi saytımız   www.mbfwbaku.az  . 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.