Şou-biznes

Samiraldo: "Yasda mənə dedilər ki, qadınların olduğu yerdə otur"

18 May 2017 13:38
44 Şərh     Baxış: 19 253

Jurnalist Nəmənd Rüstəmov sosial şəbəkədə bir il öncə yas mərasimində tanınmış stilist Samir Əliyevin ( Samiraldo) başına gələn əhvalatdan yazıb. N.Rüstəmov qeyd edib ki, Samiraldo ilk olaraq qadınlar olan məclisə gedib, orada qəbul olunmayıb. O, daha sonra kişi məclisində də eyni halla üzləşəcəyini düşünüb və maşınına əyləşərək ağlayıb.

Milli.Az bildirir ki, qafqazinfo mövzu ilə bağlı Samiraldonun özü ilə əlaqə saxlayıb. Stilist belə bir hadisənin olduğunu təsdiqləyərək yas mərasimində baş verənlərin təfərrüatını danışıb:

"Afaq Gəncəlinin övladı dünyasını dəyişmişdi. Mən dərhal xəbər tutdum. Hörmət etdiyim bir insanın yasına getmək mənim borcum idi. Ağlıma gəlməzdi ki, kimsə məni ələ salacaq. Öz reklam menecerimlə yasa getdim. Hələ məclis qurulmamışdı. Meyiti Türkiyədən təzə gətirmişdilər. Mən Afaq xanıma başsağlığı vermək istədim. Yuxarı çıxdım, orada Tolik və digər kişi tanınmışlar var idi. Gördüm ki, qadınlar içəridə həddindən artıq çoxdur. 

Balaca otaqda çox insan oturmuşdu. Aşağı düşüb reklam menecerimi maşında gözlədim. Daha sonra yas mərasimi qurulan yerə getdim. Menecerimə dedim ki, sən xanımlar olan yerə get, mən də kişi məclisinə girəcəm. Yas çadırında məni lağa qoyan insanlar gördüm. "Bozbaş"ın uşaqları oturmuşdu. Şou-biznesin tanınmış simaları da əyləşmişdi. Başladılar mənə söz atmağa. Dedilər ki, sənin yerin bura deyil, get qadınların olduğu yerdə otur. Mən heç kəsə fikir vermədim. Heç kəsin qabağından söz yeməmişəm. 

Düşündüm ki, hörmət xatirinə onlara cavab verməyim. Onlar gülməyə başladılar. Əgər siz öz iş yoldaşınızın yasına hörmət qoya bilmirsizsə, heç vaxt ölü və dirinizə hörmət qoymayacaqsız. Mən hər kiməm. İnsanam, özümə hörmət qoyuram. Belə olmasaydı, onların cavabını verərdim. Özüm durub getdim, xətrimə dəydilər. Onlar heç olmaya Afaq xanıma hörmət edərdilər. Kənardan telefona çəkirdilər, gülürdülər. Açığını deyim, heç gözləmirdim". 

"Cəmiyyətdə daha hansı ayrı-seçkiliklərlə rastlaşırsız?" sualına Samiraldo belə cavab verib:

"İnsanın özündə böyük bir problem varsa, çalışıb başqasında tapırlar. Özlərinə sığışdırmırlar, kompleksləri olur və məni görəndə qıcıqlanırlar. Həmin insanların problemləri var. Normal insan mənə də normal baxmalıdır. Şou aləmində olan bir insanam. Məndən nə gözləyirsiz? Ağır insan deyiləm, çox incəyəm. Həyatım budur. 

Heç kəs mənim həyatıma müdaxilə edə bilməz. Azad bir ölkənin vətəndaşıyam, azadlığımı əlimdən heç kim ala bilməz. Kim ki, mənə pislik edir, onlar cəzalarını alacaqlar. İnsnaların insanlara cəza verməyi normal şeydir. Ancaq Allahın insanlara cəza verməyi başqadır. Onlar bundan qorxsunlar. Bu dünyada heç kəs sığortalanmayıb".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

44 Şərh:

  • Anonim
    . · 18 May 13:40158

    Buna çox üreyim ağrayir yaziğ neynesin allahda bunu bu cüre yaradib

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 May 13:47256

    Heqiqeten de bedbext bir insandi Adamin yaziqi gelir,Yas meclisinde bir insani qusurlarin ele salib gulmek coxxxxx pis arzuedilmez ve qebuledilmez bir hadisedir, onu Allah yaradib .

    Cavab yaz
  • Anonim
    bakili · 18 May 13:53277

    Ay samiraldo bax gorursen hami seni laga qoyub ele salir adam içine cixa bilmirsen hec olmasa bundan sonra bir netice çixart. Sen ozunu o vide salmasan hec kimde sene güle bilmez. Ne qeder gec deyil aglini bawina topla ozuve hormet qoy.

    Cavab yaz
  • Anonim
    Adi insan · 18 May 13:54212

    Her kimdir ozu demiwken ALLAHI biler ozu biler.siz yasa gelenler ev yiyesine, rehmete gedenin yaxinlarina ezizlerine hormet edin,abir heyanizla merifet qanacaginizla olenin ruhuna dua edin salavat cevirin ve sonunda baw sagligi verib cixin gedin.bu sizin bir insan kimi borcunuz.qaldi ki meclise kim geldi kim getdi kimin neyine gerekdir.bele goturende ele Samiraldo o meclisde adini cekdiklerinden cox qabiliyyetli qanacaqli hereket edib.Hec kimde heyatda hec neden sigortalanmayib.siz ne bilirsiz bawiniza neler gelecek.haminin ezizi de var, evladi da var.ALLAHDAN qorxun.Hele bir yas merasiminde gulurmuwler de.ozude ki balaca uwagin yasinda.utanmazlar.

    Cavab yaz
  • Anonim
    Efqan · 18 May 13:56164

    Eslinde düzgün hereket etmeyibler buna qarşi . Nedirse odur , artiq hami bunu ince biri kimi taniyir . Mejlisde onu ele salmagin ne menasi

    Cavab yaz
  • Anonim
    teselli · 18 May 14:00116

    yas yerinde bele sohbetlerin hec yeri yoxdu.

    Cavab yaz
  • Anonim
    kişi · 18 May 14:011022

    eslınde senın dunyada yerın yox ..

    Cavab yaz
  • Anonim
    a · 18 May 14:0424

    ))))))))

    Cavab yaz
  • Anonim
    wirin · 18 May 14:0916

    Yasda deyibler hec olmasa burda deme. O duzdu hec kes sigortalanmiyib sabahi belli deyil. Allahin meslehetine qariwilmaz her kes heyatini istediyi kimi yawayir

    Cavab yaz
  • Anonim
    .... · 18 May 14:13207

    Bozbashin usaglarini ele salan lazimdi. Seviyesiz gulus

    Cavab yaz
    • Anonim
      Adi insan · 18 May 16:3741

      Ele onu denen.hec bilmirler arvad paltari ne olan weydir.her serialda goruruk de

      Cavab yaz
  • Anonim
    AA · 18 May 14:21120

    doğurdanda bizim cemiyyetde qınamax, lağa qoymax en asan işdir. eger bu insannan xoşunuz gelmirse görmezden gelin vessalam daha niye gülüb insanı alçaldırlar axı? heç kim bilmez ki onun bir yaxını veya övladı bucür heyat yaşamayacax bu onun öz seçimidir. dinimizde gülüş savabda qazandırır , günahda

    Cavab yaz
  • Anonim
    Lmn · 18 May 14:29111

    Samiraldonun özünə uyğun həyatı var.həqiqətən çox günahdı lağ eləmək.xoşunuz gəlmir danışmayın.lağ etmək öz də yaşda.ən böyük günah qəlb qırmaqdı

    Cavab yaz
  • Anonim
    Yeraz Qaqa · 18 May 14:2993

    Ay başva dönm bir əməli yeri əməli geyginə heç kim heçnə.demısndıəəəə

    Cavab yaz
  • Anonim
    Resid-32 · 18 May 14:4178

    Cox sukur sene ya Rebbim qacan da Allah deyir qovan da, bu da Allahin kimlerse vereceyi cezadan danisir amma ozunun Allaha ne cavab vereceyi barede goresen hec dusunubmu?

    Cavab yaz
  • Anonim
    Senan 13 · 18 May 14:461316

    Seni gerek yuxarı başa keçireydiler. Mollanın yanında oturaydın.

    Cavab yaz
  • Anonim
    A · 18 May 14:4872

    Neynemek olar bu insan da beledi. Ama onu da qeyd etmek lazimdi ki samiraldo cox insanlardan ferqli olaraq nece var eledi.

    Cavab yaz
  • Anonim
    emıl · 18 May 15:0357

    duz deyıblar da bas bawında yaylıg olan kışıların ıcın da oturması duzgun deyıl

    Cavab yaz
  • Anonim
    Yağmur · 18 May 15:1652

    Buda Allahın bedbextidir de,bunuda allah yaradıb,amma biraz ferqli görnüşde.yeqin onunda anası olsaydı onu başqa cür terbiye ederdi

    Cavab yaz
  • Anonim
    Şamaxı · 18 May 15:2683

    Özünü düşünən kimi digərlərini də fikirləşmək lazımdır, ordakıları çıxılmaz bir vəziyyətə salmısan. Nə qədər çətində olsa, yenə də səbirlənib mədəni şəkildə səni başa salıblar.

    Cavab yaz
  • Anonim
    Salman · 18 May 15:3841

    Här käs öz gabina baxmalidir.Birdä ora yas heridir.Kimisä laga goymag vä gülmäk hec yerinä düwmür.Allah böyükdür.Här käs öz cäsasini alacag.Amin !!

    Cavab yaz
  • Anonim
    x · 18 May 15:4040

    bir gun ust başı çirkin olana cavanlar gulurlərmiş lağa qoyurlarmış bunu görən Peyğəmbərmiz s .ə .s əfəndimiz gələrək "siz resimə gulursnuz ya onu çekənə"cavanlar öz sehflərin başa düşdülər.

    Cavab yaz
  • Anonim
    x · 18 May 15:43110

    Allah qadın paltarı gəynən öznu qadlna oxşadan kişilərə və kişi paltarı gəynən qadınlara lenet etmişdir.Amma insanların haqqı yoxdu olara gulməyə Allah bilən məsləhətti bəlkə tövbə ələsə bağışlayar Allah bağışlıyandı

    Cavab yaz
  • Anonim
    Aygun Tallin · 18 May 15:4872

    Beli bunu Allah yaradib ancag bele yaratmayib men sexsen bele insanlari gebul ede bilmirem eger bu kisidirse kisi kimide geyinmelidir

    Cavab yaz
  • Anonim
    nuray · 18 May 16:0243

    özlerı nedır qıjı komandası vec vermemisen eceb etmisen camaat olara gulur olar kime gulur maraqlıdı

    Cavab yaz
  • Anonim
    rusiyadan · 18 May 16:2451

    Çox pis neye lazimdi kimise ela salmaq here özne göre insandida

    Cavab yaz
  • Anonim
    orbet. · 18 May 18:0750

    Allah heç kəsi pis yaratmır insan sonradan özü qazanır pislikləri və Samiraldonun bu təzrdə olmasının səbəbkarı özüdür. Yas mərasimində olan hərəkətləri düz etməyiblər. Kiməsə nəyisə irad tutmaq olar amma lağ edib gülmək olmaz. Samiraldo, keçən dəfə də qeyd etmişdim ki, istəsən iradənlə kişiləşə bilərsən. Hər cəhətdən kişi doğulmusan kişiliyinə də qayıt.

    Cavab yaz
  • Anonim
    Jale · 18 May 18:1011

    Bu Samiraldonun dishleri chox gozeldir. Ozunukudurse, bravo... implantdirsa- onda hekime bravo.

    Cavab yaz
  • Anonim
    xanim · 18 May 18:5702

    Problem bu insanda deyil,cəmiyyətdədir.

    Cavab yaz
  • Anonim
    .......... · 18 May 19:2620

    Allah yaradıb...Amma onu da bilin ki, ta qədim zamanlardan indiyə kimi bu tip isanlar çox olub. Amma arvad geyimi geyinməyib.Hətta elə ediblər ki, ətrafdakılar duymayıb,bilməyib..Bu halını əllərində "bayraq" edir. Gizlədə bilər axı...Lağa qalsa, heç vaxt özümə günah qazandırıb Allahın yaratdığına lağ etmərəm.

    Cavab yaz
  • Anonim
    · 18 May 19:2610

    Otur deyirler otur..!!

    Cavab yaz
  • Anonim
    Terane · 18 May 19:2852

    Ne geder terbiyesiz bir cemiyyetde yashayirig. Sizin ne ixtiyariniz var ki, kimise laga goyasiniz. O da Allahin bir bendesidir. Size ne var nedir ve necedir. Ozu gunahlarina gore cavab verecek. Oz heyatidir , ozu biler. Onun yashadigi heyati siz yashasaydiniz ( yetimxanada, kimsesiz biri olarag) belke ondan da pis gune dusherdiniz. Ne bilirsiniz sizin evladlariniz, neveleriniz nece olacaglar ay bedbextler. Allahdan gorxun, hech kime gulmeyin . oz heyatinizi yashayin. Heyat chox gisadir.

    Cavab yaz
  • Anonim
    Alis · 18 May 21:0652

    Allah onu ele yaradib niye laga qoyurlar axi.Oda bir insandi ne etsin.Musahibesia baxmisdim ata olmaq istiyir ailesinin olmasini istiyir.Amma mumkun olmadigini da bilir.Yeni oda heyatini bele kecirir.Yas yerinda laga qoyulmasi hec duzgun deyil.Xosun gelmir yaninda oturma ,salam varma uzaq ol.

    Cavab yaz
  • Anonim
    Vetendash · 18 May 22:2410

    Bozbashin ushaglari seni ele salirdilarsa,niye bozbashin seriyasinin birinde cekilmisen sonra bes?

    Cavab yaz
  • Anonim
    ♡ NAZLI ♡ · 18 May 22:3101

    SANİRALDOOOO AYYYYY CANİM MENİM ACILDIIIIIIIIIII :))))))))

    Cavab yaz
  • Anonim
    ♡ NAZLI ♡ · 18 May 22:3621

    Samiraldo sen bulara fikir verme her şalvar geyinene kişi deseler ooooo neler olar neler guya o tolikin özü nediki arvada oxşuyur boş ver vidyolarini izliyurem gulurem Allahda seni guldursün

    Cavab yaz
  • Anonim
    Musa · 18 May 22:4310

    sən özünü qadın kimi aparanda belə olacaq da ,özündə deyirsən ki .incəyəm .incə qadın olar .tak çto özün özünü gülünc,gülməli ,arvadsayağı geyinməklə bu günə qoymusan .birdəfəlik qadın olmaq istəyirsənsə get özünü Hətəmpaşa kimi əməliyyat elətdir ol qadın ,yoxsa səni kişi məclisinə buraxmaq düzgün deyil.

    Cavab yaz
    • Anonim
      ♡ NAZLI ♡ · 18 May 22:4901

      Musa bey niye ele deyirsizki Allahda onunele yaradibda

      Cavab yaz
  • Anonim
    Monika · 18 May 23:0730

    Bir var Allahın yaratdığı qüsurlu insan-ona gülmək günahdır.Bir də var Allaha üsyan edib özünü qadın cildinə salan. . .belələri nə hörmət görmək istəyir ki?

    Cavab yaz
  • Anonim
    ♡ NAZLI ♡ · 18 May 23:1101

    Monika xanim onun ele olmaq onnan aslı deyilki

    Cavab yaz
  • Anonim
    Monika · 18 May 23:2420

    Nazlı can o özü -özünü o vidə salıb qadın olub pul qazanmaq üçün

    Cavab yaz
  • Anonim
    RR · 19 May 11:0620

    hec olmasa bir az kisi kimi geyinerdin

    Cavab yaz
  • Anonim
    səbinə · 19 May 11:5330

    Günahı özündə gör Allah sənin kişi yaradıb kişi kimi hərəkət etməlisən qeyimin qeyməlisən .Allah istəsəydi səni qadın yarardıda indi dəb halına alıb bir çox kişi stilislər nədənsə qadın şəkilinə salıb özünü

    Cavab yaz
  • Anonim
    ♡ NAZLI ♡ · 19 May 13:1900

    Yaziğ pert olub indi ona o sözü deyende :(

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.