Şou-biznes

Abbas kiminlə evlənir? - FOTO

17 May 2017 18:15
7 Şərh     Baxış: 8 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 23-də tanınmış müğənni Abbas Bağırovun toyudur.

Paytaxtdakı şadlıq evlərindən birində baş tutacaq məclisə şou-biznes və sənət aləminin bir çox nümayəndələri dəvət olunub.

Milli.Az-a daxil olan məlumata görə toya həvəslə hazırlaşan Abbas hələ də evlənəcəyi xanımın kim olduğunu gizli saxlayır. Məşhurun sənət dostları belə, onun evləndiyi xanımın kim olduğunu bilmirlər. Etibarlı mənbənin bildirdiyinə görə müğənni yaxın qohumlarından biri ilə ailə həyatı qurur.

Qeyd edək ki, müğənni "10-dan sonra" verilişində toy tarixini açıqlayaraq, yaxın günlərdə ailə quracağını bildirmişdi.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.