Şou-biznes

"Özümə uyğun libas tapa bilmirəm" - 146 kiloqram çəkisi olan Xuraman

17 May 2017 12:27
5 Şərh     Baxış: 1 773

Aktrisa Xuraman Əlizadə "Hər şey daxil" verilişinin qomağı olub.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, aktrisa geyimlərindən danışıb. Bir müddət əvvəl çəkisinin 146 kiloqram olduğunu açıqlayan X.Əlizadə ölçüsünə uyğun libas tapmaqda çətinlik çəkdiyini söyləyib:

"Əvvəl qısa geyinirdim. İndi uzun libaslara üstünlük verirəm, deyirlər, yaraşır. Paltarlarımı ancaq tikdirirəm. Mənim ölçümlə paltar tapmaq qeyri-mümkündür. Saç, makiyaj da özümə məxsusdur. Əgər bunu bacarıramsa, niyə onlar üçün əlavə pul xərcləyim ki... Büdcəmə qənaət etməyi bacarıram".

X.Əlizadə qısqanclığından da söz açıb. O deyib ki, hədsiz qısqanc biridir, hətta buna görə problem də yaşayır:

"Proqrama gələndən kefim yoxdur, amma bunu tamaşaçılara göstərmirəm. Kənarda ağlasam da, efirdə gülürəm. Qısqanclığa gələndə isə... Məni sevməyən ölsün. Məndən qısqanc insan ola bilməz. Bu da mənə həyatımda problem yaradır, maneələr çıxarır. Hərdən deyirəm ki, bunu etmə, amma bacarmıram özümlə. Hər şeyin dərəcəsi olmalıdır, məndə isə bu yoxdur. Bu gün də həyatımı bu problemlə yaşayıram. Tək həyat yoldaşımı yox, anamı belə qısqanıram. Nəvələrinə bir az çox baxanda əsəbiləşirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    MiruMir · 17 May 15:0000

    Qisqancliq hedden cox olanda bezdirici olur. İnsanin heyati kabusa dönur. Yarali yerimdir. Yoldaşim da hedsiz qisqancdir, elaci olsa meni sandiga qoyub gizleder (((

    Cavab yaz
  • Anonim
    Sevda xanim · 17 May 15:2601

    vay vay day nolub dunyanin axiridir, cavan qadinsan yemeyine fikir ver, sehhetin yol verirse meede emeliyyati eletdirde, 146 kilo ne demekdi, Allah uzaq elesin, Allah komeyin olsun

    Cavab yaz
  • Anonim
    Arzu Enver qizi · 17 May 19:3600

    Gozel xanimdir

    Cavab yaz
  • Anonim
    A · 17 May 20:4500

    Cox pozitiv xanimdir. Mene ele gelir ki onun vecine de deyi bele kök olmaq. Bir defe ozu demisdi ki men biwirib duwurmeyi de sevirem yeyib icmeyi de.

    Cavab yaz
  • Anonim
    rusiyadan · 17 May 22:4800

    Allah evini tiksin 146 kiloye dehwet amma çox sevirem xuraman xanimı çox istedadli aktrisamizdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.