Şou-biznes

Elariz həmkarlarından qonorar tələb etdi

15 May 2017 20:18
3 Şərh     Baxış: 1 190

"Özümü çox gənc hiss edirəm. 22-23 yaşımda qalmışam. Hərdən mənə deyirlər ki, artıq babasan. Mən gənc yaşda ailə qurmuşam, ona görə də babayam. Eləsi var 30 yaşı var, özünü elə ağır aparır ki... İnsan həyata bir dəfə gəlir. Bacardığın qədər özünü gənc, əyləncəli apar".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elariz Məmmədoğlu  "Lider maqazin"ə açıqlamasında deyib.

Sənətçi toy məclislərində özünü gənclər kimi apardığını söyləyib:

"Məclisə gedəndə məni "ağsaqqal" kimi təqdim edirlər. Sonra başlayıram müasir, xarici estradadan mahnılar oxuyuram. Deyirəm, bu da ağsaqqal. Gərək toy sahibini elə razı salasan ki, evindəki beş uşağın da məclisinə səni çağıra. Beş toyu olan müğənni özünü o qədər yuxarı ilə aparır ki... İllərin sənətkarı olmaq lazımdır. Gərək səni sevib, təkrar dəvət etsinlər. 

Görmüş insan başqadır, görməmiş başqa. Əvvəldən görməyib sonradan görüb çaşıb qalırlar, ətrafdan gülünc görünürlər. Özünüzü çox yuxarıdan aparmayın, xalqdan uzaqlaşmayın. Yuxarıdan yıxılmağın ağrısı acı olur. Hər zaman demişəm ki, gündəmdə qalmaq üçün işləmək lazımdır. Mahnı yazdırır, klip çəkdirir, təqdimat edirsən, bu da gündəm olur. Bunu etməyən qalmaqala qaçır, gündəmə gəlmək istəyirlər. Bu da Azərbaycan tamaşaçısına maraqlı deyil. Süni qalmaqala məni salmaq istəyənlər var. Amma gəlib mənə qonorar versinlər, onları sonra reklam edim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 15 May 22:3050

    Bu ne oxudu omur boyu basa dusmedim, bu da baslayib deyesen soz atmaqa gordu oxumaqdan 1 sey cixmadi basladi reklama.

    Cavab yaz
  • Anonim
    Rafa · 16 May 00:1600

    Offf hämisi özünden razi. Toylari coxdusa guyaki yaxsi oxuyandilar.

    Cavab yaz
  • Anonim
    Wehla Moskva · 16 May 11:4710

    Men hele sene qulaq asa bilmirem. Ne oxuyursan axi? Camaat nece toya aparir men bilmirem.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.