Şou-biznes

Yüz minə soyunan aktrisa, Aygünün şad xəbəri, Şəbnəmin intim fotoları və bekar Tünzalə - HƏFTƏBECƏR

15 May 2017 07:14
18 Şərh     Baxış: 8 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (125-cü say) təqdim edir.

Aktyorluq və aktrisalıq da beləcə gözdən düşdü. Nəcibə Məlikovanın, Leyla Bədirbəylinin çəkildiyi filmlər uşaq-muşaq əlində qaldı. İndi hərə bir qiymət açıqlayır. Məsələ o qədər cılızlaşıb ki, aktrisa soyunmaq qiymətini çəkinmədən deyə bilir. Amma Qulpqoyan dayı deyir ki, sən cavan olsan da, müasir deyilsən. İndicə saytdan belə bir xəbər oxudu. Nərgiz Əliyeva adlı bir aktrisa deyibmiş ki, yataq səhnəsinə çəkilərəm. Şərti də qısadır:

"Yüz min versinlər, soyunub yataq səhnəsinə çəkilərəm".

Ağsaqqal xəbəri oxuyandan sonra nə desə yaxşıdır? Deyir, a bala, yüz min nədir, soyunmaq nədir? O pula şou biznesin yarısını soyundurmaq olar e. Elə günü 300, bir az populyardırsa, 500 manatdan hesablasan, ən azı 200 nəfər edir. Qulpqoyan dayının da canında az yoxmuş. Mən cavanlığımla bunun qədər müasir deyiləm. Arvad da deyir ki, hər ay kişinin təqaüdü niyə belə tez yoxa çıxır. Allah bilir, nə oyunlardan çıxır. Yoxsa qiymətləri belə dəqiqliklə haradan bilir?

Rəqsanə Murad Dadaşovun "Maşın" şousundan imtina edib. Deyib, işləri, məclisləri var.

"Murad Dadaşovu çox istəyirəm. Amma mənim məclislərim var. İki dəfə bu şouda olmuşam. Həm də köhnə heyətdən kimlərsə olsaydı, razılaşardım. Amma heç kim olmadığı üçün imtina etdim".

Qədeşvari açıqlamadı. Köhnə uşaqlardan kimsə olmadığına görə, söhbətə girişməyib. Düşünüb ki, mən Rəqsanəyəm e, uşaq-muşaqla nə işim var, ala?

Xalq artisti Aygün Bayramovadan xoş xəbər var. Sənətkar bu ay ailə həyatı quracaq. Məncə, bu həftə sənət aləmindəki ən xoş xəbərdir. Çünki Bayramovanın sənətdə yetərincə uğurları, titulları vardı. Qalırdı təkcə ailə qurmaq, ona da indi qərar verib. Təbrik edirik!

Vaxt var idi "Eurovision"a baxmaq üçün camaat gecəni səhərə qədər yatmırdı. Amma indi bu haqda xəbəri olan var? İştirakçımız Diana Hacıyeva finala çıxıb. İndi oradan hara çıxacaq, deyə bilmərəm. Reallıq budur ki, gələn ildən bu müsabiqədə təmsil olunmamaq da olar. Hər halda hətta o müsabiqəni yaradanların özləri üçün də "Eurovision" əhəmiyyətini itirib.

İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostu Vüqar Bəkirov həbsxanadan çıxıb və maraqlı açıqlamalar verib. Deyib ki, onu Orxan tutdurub. Bu şəxsi mətbuatda tanıyan 3-5 nəfərdən biri kimi deyə bilərəm ki, vaxtında Orxanı az qala mənəvi atası, qardaşı adlandırırdı. Görünür, İlhamənin vəfatı hələ çox münasibətlərə təsirsiz ötüşməyəcək.

İntim fotoları yayılan Şəbnəm Tovuzlu deyib ki, əri keçmişlə maraqlanmır. Camaat da düşüb ortalığa ki, necə qəbul edir? Niyə boşanmır? Adam belə istəyir. Deyir ki, Şəbnəmin keçmişi mənə maraqlı deyil, gələcəyini düşünürəm. Vəssalam.

Aparıcı İlkin Həsəni həyat yoldaşına bahalı avtomobil hədiyyə edib. Mən də deyirəm, qızlar bunun səhifəsində niyə bütün günü qırğın eləyirlər. Həmin qızlara səslənirəm - maşın əldən getdi.

Tünzalə Ağayeva sosial şəbəkədə 300 min adamı "qara siyahı"ya atıbmış. Özünün dediyini yazıram. Adam rəsmən bekar imiş, xəbərimiz yoxmuş. O sayda insanı bloklamaq bilirsiniz nə qədər vaxt aparar? Sonra da elə bilirik ki, müğənnilərin başlarını qaşımağa vaxtları olmur. Hələ oturub ərinməz-ərinməz camaatı bloklamaqla məşğul olurlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.