Şou-biznes

Baloğlan Əşrəfov "Land Cruiser"i ilə qayda pozdu - VİDEO

3 May 2017 17:49
8 Şərh     Baxış: 4 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Baloğlan Əşrəfov idarə etdiyi "Toyota Land  Cruiser" markalı, 90 SA 388 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
 
Milli.Az bildirir ki, avtosfer.az-ın əməkdaşı əməkdar artistin bu hərəkətini aprelin 28-də Bakının Yasamal rayonu ərazisində lentə alıb. Belə ki, Baloğlan Əşrəfov idarə etdiyi avtomobili Mətbuat prospektindəki avtobus dayanacağında park edərək "Azərbaycan" nəşriyyatına gedib. Dayanacaqda avtobus gözləyənlər isə Baloğlan Əşrəfovun bu hərəkətini ikrah hissi ilə qarşılayıblar.

Qeyd edək ki, əməkdar artistin bu qayda pozuntusu 40 manat cərimə ilə nəticələnə bilər. Düzdür, həmin yerdə başqa sürücülər də maşın saxlayaraq qayda pozublar. Qanuna görə, avtobus dayanacağına 15 metr məsafədə avtomobillərin dayanması və durması qadağandır. Lakin məsələ burasındadır ki, Baloğlan Əşrəfov əməkdar artistdir, sevilən müğənnidir. Və o, öz davranışı ilə cəmiyyətə nümunə olmalıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Baloğlan Əşrəfov

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.