Şou-biznes

"Gedib kiminsə ərini əlindən almıram" - Rəqsanədən Xatuna

2 May 2017 18:40
30 Şərh     Baxış: 8 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılova həmkarı Xatun Əliyevanın ünvanına sərt sözlər deyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Xatun həmkarını onun toy məclislərini əlindən almaqla, çörəyinə bais olmaqla günahlandırıb.

R.İsmayılova sənətçiyə cavab verərək, onu yalan danışmaqda ittiham edib:

"Kiminsə qabağında susan, qorxan deyiləm. Hamının cavabını necə lazımdır verirəm. Sadəcə boş-boş danışılan sözə cavab vermək, qalmaqal etmək istəmirəm. Mən Rəqsanəyəm, səsimlə, mahnılarımla sevilmişəm. Təlabatlı insanam. Getdiyim toylarda ətrafıma dolanırlar. O insanların ailələri ilə ömürlük dost oluram. Gedib sonra kiminsə ərini, oğlunu əlindən almıram. Yəhudilərin belə toyunda mən oluram. Halbuki çoxlarının arzusu həmin toylarda iştirak etməkdir.

Əgər bir insanı toya dəvət etmirlərsə, mən nə edim? Hər zaman təqvimlə toy oxuyuram.  Nə qadın, nə də kişinin çörəyi ilə oynamaram. Əgər kiminsə ürəyində belə şübhə qalıbsa, toy yiyəsi də, mən də sağıq. Oturub bu haqda danışaq"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.