Şou-biznes

Elariz Cavidə söz atdı: "Baxmayaraq ki, məndən bir-iki bayram balacadır..." - VİDEO

1 May 2017 13:31
4 Şərh     Baxış: 1 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baxmayaraq ki, məndən bir-iki bayram balacadır, mənim fanatımdır. Hara karaokeyə gedirsə, mənim mahnılarımı axtarır ki, oxusun.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elariz Məmədoğlu "ATV maqazin onlarla" verilişində deyib.

Sənətçi aparıcı Cavid Gülə söz atıb:

"Cavid mənim ən çox "Nələr oldu" mahnımı oxuyur. Bu yaxınlarda özü də dedi ki, Elarizi parodiya etmək istəyirəm. Bu, onun ürəyindəki böyük arzusudur. Bir az saçımızda və bığımızda fərq var. Amma biz bir-birimizə bənzəyirik".

E.Məmmədoğlu onu parodiya edənlərə qadağa qoyduğunu söyləyib:

"Məni parodiya etmək çox çətindir. Qeyri-peşəkarlar parodiya etdi, pis oldu. Zəng vurub mədəni şəkildə dedim ki, sənə məni parodiya etmək olmaz. Get, bunu yaxşı öyrən, sonra gəl mənə göstər, alınsa, camaat içində edərsən".

Qeyd edək ki, müğənni Xatun da E.Məmmədoğlunu parodiya etmişdi. İfaçı həmkarına "Xatun parodiya etmir, ağız əyir" deyə, irad bildirmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Elariz Cavidə söz atdı:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.