Şou-biznes

"3-4 günlük görüşürdük, uşağım olmadı, ayrıldıq" - Xalq artisti - VİDEO - FOTO

27 Aprel 2017 16:34
9 Şərh     Baxış: 11 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, ARB TV-nin "Elin gözü" verilişində xalq artisti Səfurə İbrahimova aparıcı Elgiz Əkbərə eksklüziv müsahibə verib.

O, öz ailəsindən bəhs edib:

"Babamın dükanları olub. Atam da onun yanında işləyib. Biz sürgün həyatı keçirmişik. 5 il sürgün edildik. O zaman 3 yaşım vardı. Ailədə 8 nəfər olmuşuq. Babamdan qalan mülk əlimizdən çıxmışdı. Mülklərimiz hökumətin ixtiyarına keçmişdi. Qohumlarımız çoxdur, hamısında bir az qaldıq. Sonra atamın xalası oğlu bizə ev tutdu. 9-10 kvadrat metrlik evdə böyümüşəm. Çox çətin idi. Sonra böyük sənətkarımız Hökümə Qurbanova mənə kömək elədi. Atam vəfat edəndə bizə gəldi, evi görüb şoka düşdü. Lazımı yerlərə müraciət elədi. Sonra mənə ev verdilər. Sonra ağır xəstələndim, evə heç kim gəlmirdi. Ətrafımdakılara demişdilər ki, yoluxucu xəstəliyə tutulmuşam. Yalandan danışırdılar".

Daha sonra xalq artisti "Qatır Məmməd" filmindəki rolundan və çəkiliş vaxtı yaşadığı çətin anlardan danışıb:

"O filmdə at belindəki rolumu çoxlu məşq etmişdim. Atın boyu alçaq idi. At məni götürüb atdı yerə. Mən qorxdum, istəmədim oynamaq. Sonradan məni şirin dilə tutdular, hazırlaşdırdılar. Çəkiliş çox isti zamanda idi. Çəkiliş meydançası isə qayalıq idi. O istinin altında hərəkət etmək çətin idi. İndi də belim ağrıyır. Rahat oturub-dura bilmirəm".

Səfurə İbrahimova ailə həyatından da söz açıb:

"Ailə həyatı qurdum, uşağım olmadı. 5 ildən sonra ayrıldıq. Yoldaşım polis işçisi idi. Ukraynada işləyirdi. Yoldaşım qürbətdə idi deyə, 2-3 aydan bir, 3-4 günlük görüşürdük. Uşaq olmurdu deyə ayrılmaq istədi. Evlənib artıq. Bir dəfə oğlu ilə gəldi. Qapını açdı girdi içəri. Qara uşaq idi. Onun da anası ilə boşanmışdı. Sonra yenə evləndi. Mən daha sonra evlənmədim heç kimlə".

O, indi ona ssenari təklif edilsə, oynayıb-oynamayacağı haqda suala belə cavab verib:
"Mən baxaram vəziyyətə. Yalan danışa bilmərəm ki, imkanlarıma baxaram. Görərəm ki, bacararam, onda olar. Elə olur ki, insan 100 yaşında belə oynadığı rolla "peçat" vura bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Səfurə İbrahimovadan maraqlı açıqlamalar - Elin gözü - 1ci hissə

Səfurə İbrahimovadan maraqlı açıqlamalar - Elin gözü - 2ci hissə

Səfurə İbrahimovadan maraqlı açıqlamalar - Elin gözü - 3cü hissə

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.