Şou-biznes

"Qızımın telefonu, İpad-ı yoxdur" - Xalq artisti - VİDEO - FOTO

25 Aprel 2017 16:53
27 Şərh     Baxış: 8 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ev işlərini bütün köməkçilərdən yaxşı görərəm"

Milli.Az bildirir ki, ARB TV-nin "Evgördü" verilişinə qonaq olan xalq artisti Məleykə Əsədova maraqlı açıqlamalar verib.

O, ilk olaraq qızı ilə olan münasibətindən bəhs edib:

"Məni gözəl saxlayan, qızımla olan münasibətimdir. Qızıma hər zaman vaxt ayırıram. İstirahət günlərimi və yay tətillərini qızımla keçirirəm. Məktəb zamanı qızımın da zamanı olmur. O qədər dərs oxuyur ki, çatdırmır. Qızımın telefonu, İpad-ı yoxdur. Ancaq tətil zamanları istifadə edir. Qızıma telefon işlətməyə icazə vermirəm. Telefon diqqət yayındırır. Nəinki mənim qızıma, bütün uşaqlara lazım deyil. Adicə səhnədə məşq edəndə mən telefon işlətmirəm. Qızımın bu dəqiqə işi gələcək həyata savad, var-dövlət toplamaqdır".

Xalq artisti daha sonra gərgin iş rejimindən və stilinin dəyişməsindən bəhs edib:

"İşlərim çox olur. Başım qarışıqdır. Ev işlərini, təmizliyi çox sevirəm. Ev işlərini bütün köməkçilərdən yaxşı görərəm. Evdə köməkçi olmayanda da özüm edirəm. Saçımın rəngini dəyişdim. Dəyişən kimi zəng elədilər ki, təcili dəyiş. Bəyənməmişdilər. Dünyaya gələndə sap-sarı saçlarla gəlmişəm. Filmlərdə isə dəyişirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.